250 milyon manat zərəri yığılmış bankın müştərilərə verdiyi kreditlər artmayıb
“VTB Bank Azərbaycan” müştərilərə verilən kreditləri artırmağa nail olmayıb.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 30 İyun 2019-cu il tarixində “VTB Bank Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 47 milyon 67 min manat təşkil edib. Bu, 2018-ci ilin sonu ilə müqayisədə 2 milyon 335 min manat azdır.
Devalvasiyaların ən pis “vurduğu” banklardan biri “VTB Bank Azərbaycan”dır. 2015-ci ilin sonunda Bankın kredit portfeli 364 milyyon manat idi. Ötən 3,5 il ərzində Bankın kredit portfeli 8 dəfəyə yaxın azalmışdır.
MÜŞTƏRİLƏRİN BANKDAKI VƏSAİTLƏRİ AZALIB
“VTB Bank Azərbaycan”da depozitlər də azalmaqda davam edir. 2019-cu ilin 1-ci yarısında Bankın depozit portfeli 1 milyon 622 min manat azalaraq 57 milyon 102 min manata düşüb.
Bu gün “VTB Bank Azərbaycan” 144 milyon manat cəmi aktivləri ilə ölkəmizdə ən kiçik banklardan biridir.
FƏALİYYƏTİNİN 11 İLİNİN 9 İLİNDƏ ZƏRƏR EDİB
Rusiyanın “VTB Bank”ının Azərbaycanda törəmə bank açması ona xeyir gətirməyib. 2008-ci ildən fəaliyyət göstərən “Bank VTB Azərbaycan” ASC, müstəqil auditorun hesabatlarına görə, 2008-ci ildə 162 min manat, 2009-cu ildə 1 milyon 510 min manat, 2010-cu ildə 4 milyon 5 min manat, 2011-ci ildə 3 milyon 86 min manat, 2012-ci ildə 2 milyon 293 min manat zərər etmişdir. Bank 2013-cü ildə ilk dəfə 4 milyon 539 min manat, 2014-cü ildə isə 4 milyon 921 min manat xalis mənfəət əldə etmişdir. 2015-ci ildə yenidən qara buludlar Bankın başının üstünü almışdır. “VTB Bank Azərbaycan” 2015-ci ildə 36 milyon 525 min manat, 2016-cı ildə 141 milyon 7 min manat, 2017-ci ildə 51 milyon 441 min manat, 2018-ci ildə 2 milyon 481 min manat xalis zərər etmişdir.
Son 11 il ərzində “VTB Bank Azərbaycan” 242 milyon 510 min manat zərər etmiş, 9 milyon 460 min manat xalis mənfəət əldə edtmişdir. Bankın 11 illik xalis zərəri 233 milyon 50 min manatdır.
GƏLİRLƏRİ XƏRCLƏRİNƏ KİFAYƏT ETMİR
2019-cu ildə də “Bank VTB Azərbaycan” gəlirli fəaliyyət göstərmir. Yerli standartlar əsasında hazırlanmış hesabata görə, “VTB Bank Azərbaycan” 2019-cu ilin 1-ci yarısını 4 milyon 712 min manat xalis mənfəət ilə başa vurub. Lakin bu mənfəət, Bankın gəlirli fəaliyyətindən qaynaqlanmır, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın bir hissəsinin azad olması hesabınadır. Hələ də Bankın gəlirləri xərclərini ödəmir. Belə ki, 2019-cu ilin yanvar-iyun dövründə “VTB Bank Azərbaycan”ın cəmi faiz və qeyri-faiz gəlirləri 6 milyon 480 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 10 milyon 253 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən bankın 3 milyon 773 min manat əməliyyat zərəri yaranıb. Lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatın 8 milyon 486 min manatının azad olması hesabına həm əməliyyat zərəri bağlanıb, həm də 4 milyon 712 min manat xalis mənfəət qalıb.
Yerli standartlar əsasında hazırlanmış hesabata görə, 30 İyun 2019-cu il tarixində “VTB Bank Azərbaycan”ın təxminən 257 milyon manat yığılmış zərəri var. Ötən il “VTB Bank Rusiya”nın Azərbaycandakı törməsinə 265 milyon manat yardım edərək nizamnamə kapitalını 51 milyon manatdan 316 milyon manata qaldırmışdır. Bu yardım sayəsində Bank məcmu kapital kəsirini aradan qaldırıb.
Aşağı kredit aktivliyi və güclü rəqabət şəraitində “VTB Bank Azərbaycan”ın maliyyə göstəricilərini artıracağı çətin görünür. Hələ ki, Bankın İdarə Heyətinin sədri Evgeniy Kirin, Azərbaycanda qanunların və məhkəmələrin mükəmməl olmadığından şikayət etməkdədir. O, Azərbaycanda bir sıra qanunların işləmədiyini, hüquqi alətlərin çatışmadığını iddia edir.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
9 d. əvvəl
Azərbaycan “Cənub Qaz Dəhlizi”nin bir hissəsini ərəblərin şirkətinə satdı - MÜQAVİLƏ İMZALANDI
-
- 32 d. əvvəl
-
36 d. əvvəl
SOCAR ilə “Yokogawa Europe B.V.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
-
3 saat əvvəl
Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı
-
3 saat əvvəl
Bank of Baku-nun Mastercard Digital Bolkart kartı qazandırır - 5% KEŞBEK və PULSUZ GEDİŞLƏR!
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
-
4 saat əvvəl
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
-
4 saat əvvəl
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Tesla-nın Avropadakı satışlarında azalma 2026-cı ildə də davam edir
Ən çox oxunanlar
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir - Gənclərin nəzərinə
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
BYD, Xpeng və Li Auto-nin satışları azalıb, səhmləri ucuzlaşıb
"Prime Cotton" şirkəti 2025-ci ildə pambıq və tekstil sahəsində rekord nəticələrə imza atıb
Fevralın 3-də gözlənilən hava şəraiti





















