"Turistlər ilə Dollar bolluğu yaranacaq, Manat daha da möhkəmlənəcək"
Uzunmüddətli dinamik hərəkətdən sonra valyuta bazarlarında kifayət qədər sakitlik hiss edilməkdədir. Son bir ayda manat dollar qarşısında inamla möhkəmlənməkdə davam edir. Bəs bu nə ilə bağlıdır və mart ayı ərzində manatın məzənnəsi necə dəyişə bilər?
“Hökumət bütün üsullarla dollara tələbi cilovlayıb”
İqtisadçı-ekspert Rəşad Həsənovbildirib ki, dövriyyədə manat kütləsinin az olması, dollar tələbini aşağı salan faktorlardan biridir.
Eyni zamanda ölkədə yüksək səviyyədə dollarlaşma təklifin aşağı olmasına səbəb olub. Dövriyyədə olan manat kütləsi sadəcə cari ehtiyacların ödənilməsi üçün kifayət edir. Ona görə də digər məqsədlər üçün yığım imkanları məhduddur. Digər tərəfdən hökumət də bütün üsullarla dollara tələbin cilovlanması istiqamətində addımlar atır. Buna dövlət vəsaitləri hesabına xaricdən idxalın məhdudlaşdırılması prosesi daxil olmaqla, elektron satışlara əlavə verginin tətbiq edilməsi, idxala əlavə verginin tətbiq edilməsi və valyutanın ölkədən çıxışına digər bu kimi maneələrin yaradılması hazırda sakitlik yaradıb. Məhz bu səbəbdən həm banklar arası hesablaşmalarda, həm “qara bazar”, həm də hərraclarda dollara tələb məhduddur, məzənnə də müəyyən qədər möhkəmlənə bilir.
“İranlı turistlər ölkəyə bir hərracdakı qədər dollar gətirə bilər”
Ekspert bildirib ki, bundan əlavə qarşıdakı bayram ərzində- yəni 10 gün müddətində rəsmi qaydada iş olmayacaq. Bu dövrdə Azərbaycana turist axının artacağı gözlənilir. Xüsusilə də İrandan gələn turistlərin sayında xeyli artım müşahidə olunacaq. Turistlərin valyuta ilə xərcləmələri bazarlarda dollar təklifini artıracaq və dövriyəyə əlavə valyuta daxil olacaq. Son rəqəmlərə görə, bayram günlərində Azərbaycana gəlmək istəyən 23 minə yaxın iranlı turisti viza üçün müraciət edib. Orta hesabla bir turistin Azərbaycanda xərcləməsi 1000-1200 dollar götürülür. Bu isə təxminən ölkəyə 25-30 milyon dollar axını deməkdir ki, təqribən bir valyuta hərracında dolların tələbinin qarşılanmasına kifayət edir.
“Bankların xarici hesablaşmalarında passivlik olacaq”
Digər əsas məsələ ondan ibarətdir ki, bayram dövrü olduğu üçün şirkətlərin ödənişləri, bankların xarici maliyyə institutları ilə hesablaşmaları və kimi istiqamətlərdə passivlik olacaq. Bu isə mart ayının sonuna kimi dollara əlavə tələbin aşağı olmasını şərtləndirəcək:
“Çünki indiki dövrdə əldə olan manat kütləsi kifayət qədər məhduddur. Yəni, bu manat kütləsi gələcəkdə hansısa öhdəliyin yerinə yetirilməsinə deyil, gündəlik öhdəliklərin yerinə yetirilməsinə yönəldilib”.
R.Həsənovun sözlərinə görə, bu bankların davranışlarında da hiss edilir. Belə ki, banklar qısamüddətli dövrdə müəyyən faiz əldə etmək məqsədilə bir neçə günlük əlində olan manatı təcli olaraq depozit hərraclarında yerləşdirirlər. Yəni, yığım məqsədilə hazırda dollar alışı həyata keçirmək və manat üzərində təzyiq yaratmaq banklar əllərində manat kütləsini çox saxlamamağa çalışırlar.
“Valyuta bazarının kiçilməsi də məzənnəyə təsir edir”
Ekspert hesab edir ki, manatın hazırki möhkəmlənməsi həm də valyuta bazarlarının həddən çox kiçilməsi ilə bağlıdır: “Bunu ilk dəfə biz ötən ilin sentyabr ayında 9-da gördük. Çox böyük ajiotaj yarandığı halda, bazarlarda tələbin 800-900 milyon dollara qalxdığı zaman 200-300 milyon dolların dövriyyəyə buraxılması ilə kursun əksinə dəyişməsi və manatın möhkəmlənməsi baş verdi. Bu isə onu göstərdi ki, valyuta bazarları hazırda çox kiçikdir. Yəni, kifayət qədər məhduddur”.
“Martın sonuna qədər dollar 1.70-1.75 manat arasında qalacaq”
R.Həsənov bildirir ki, sadalanan faktorlar mart ayında da nisbi olaraq manat üçün əlavə dəstək yaradıb. Nəticədə manat müvəqqəti olaraq möhkəmlənməkdə davam edir. Ümumilikdə isə bayram günlərində və mart ayının sonuna qədər dolların 1.70-1.75 səviyyəsini qoruyacağı görünür.
© fins.az
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 30 d. əvvəl
-
56 d. əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
1 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Ən çox oxunanlar
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb























