“Bank Respublika”dan idxal əməliyyatları həyata keçirən müştərilərə müjdə
® Ölkədə korporativ bankçılığa xüsusi önəm verən Bank Respublika, Dövlət Gömrük Komitəsinin kredit təşkilatlarının reyestrinə daxil edilib.
Beynəlxalq ticarətdə hesablaşmalar və idxal əməliyyatları ilə məşğul olan təşkilat və fərdi sahibkarlar ortaya çıxa biləcək maliyyə risklərindən qorumaq üçün “Bank Respublika”nın əlverişli xidmətlərindən yararlana bilərlər.
Belə ki, bankın təqdim etdiyi qarantiya məktubu əsasında idxal əməliyyatlarını həyata keçirən müştərilər gömrük orqanına rüsum ödənişi müddətinə güzəşt əldə edəcək. Başqa sözlə, bank müştərinin gömrük orqanına ödəniş və rüsumlarının göstərilən müddətdə ödənilməsinə təminat verəcək. Qarantiya məktubunu əldə etmək istəyən müştərilər gömrük orqanlarına qarantiyanın müddəti, məbləği, idxal olunan malların detalları haqqında təqdim etdikləri sənədləri banka təqdim etməlidir.
Bundan başqa, Bank Respublika müştərilərinə digər növ yerli və beynəlxalq qarantiya məhsullarını da təklif edir:
- ödəniş zəmanəti (payment guarantee)
- tender zəmanəti (bid bound)
- öhdəliklərin yerinə yetirilməsinə zəmanət (performance bond)
- avans ödənişin qaytarılmasına zəmanət (advance payment guarantee)
- zəmanətli öhdəliklərin yerinə yetirilməsinə zəmanət
- kredit vəsaitlərinin qaytarılmasına zəmanət
- zəmanətlərin avizo edilməsi
- digər bankların kontr-zəmanətləri əsasında zəmanətlərin buraxılması
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
6 d. əvvəl
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
-
-
7 d. əvvəl
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 2 dəfəyə yaxın artırıb
- 29 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
18% gəlir təklif edən istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
Ən çox oxunanlar
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
























