Bakıda ikinci CEO Lunch təşkil olunub
Caspian European Club (Caspian Business Club) və Caspian American Club bu gün (15 mart) Bakıda ikinci CEO Lunch keçirib.
Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sözlərinə görə, CEO Lunch CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü təşkil olunur.
Bu gün Hyatt Regency Baku otelində keçirilmiş CEO Lunch çərçivəsində hökumətin iqtisadi blokunu təmsil edən dövlət qurumlarının rəhbərləri və CEİBC-nin üzv şirkətlərinin top menecerləri arasında qeyri-rəsmi ünsiyyət təşkil edilib.
Qonaq qismində СЕО Lunch-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə Baş idarəsinin rəisi İsmayıl Abdullayev iştirak ediblər. Klubun yeni formatda tədbirini dəstəkləyən qonaqlar bunun dövlət və özəl sektor arasında daha sıx əməkdaşlıq qurmağa yardım edəcəyini vurğulayaraq, görüş iştirakçılarına təmsil etdikləri dövlət qurumları ilə əməkdaşlığı genişləndirmək imkanları barədə məlumat verib və onların fəaliyyətləri, həmçinin gələcək planları haqqında danışıblar.
Qeyri-rəsmi şəraitdə sahibkarların üzləşdikləri problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin aparılması üzrə onları maraqlandıran məsələlərə, həmçinin iqtisadiyyatın ayrı-ayrı sektorlarında əməkdaşlığın genişləndirilməsi üzrə təkliflərə toxunulub.
CEİBC-yə daxil olan və klubdakı iştirakını davam etdirən şirkətlər öz fəaliyyətləri barədə məlumat veriblər. Görüş iştirakçıları üçün "Spectra" şirkətinin direktoru Rasim İbrahimov və "Sağlam Ailə" Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli tərəfindən təqdimat keçirilib. Təqdimatda şirkətlərin fəaliyyəti və gələcək planları barədə məlumat əks olunub.
Telman Əliyev Caspian European Club-un (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını xatırladıb. Caspian European Club-un (Caspian Business Club) sədrinin Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev olduğu bildirilib. Telman Əliyev qeyd edib ki, Caspian American Club-un yaradılması təşəbbüsü də Azərbaycan dövlətinin başçısına məxsusdur.
Onun sözlərinə görə, təsis olunduğu ilk gündən Caspian European Club (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
Caspian Energy, Caspian European Club, Caspian Business Club, Caspian American Club və CEO qeydiyyatdan keçmiş ticarət nişanlarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.
CEO Lunch-da Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 19 d. əvvəl
-
- 31 d. əvvəl
-
57 d. əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
1 saat əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
1 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Ən çox oxunanlar
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb























