Azərbaycanın ən böyük neft sahəsindən hasilat azalıb
Azərbaycanın ən böyük neft sahəsi - Azəri Çıraq-Günəşli (AÇG) yatağından hasilat 13% azalıb.
"Marja" xəbər verir ki, 2019-ci ilin 1-ci yarısında AÇG-dən hasilat 98 milyon bareldən artıq, yəni 13 milyon ton olub. 2018-ci ilin 1-ci yarısında AÇG-dən ümumilikdə təqribən 108 milyon barel, yəni 15 milyon ton neft hasil edilmişdi.
"2019-cu ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Birincü yarım il üçün AÇG-dən ümumi hasilat – Çıraq (42 000), Mərkəzi Azəri (131 000), Qərbi Azəri (120 000), Şərqi Azəri (94 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (60 000) platformalarından birlikdə – gündə orta hesabla 542 400 barel və ya ümumilikdə 98 milyon bareldən artıq, yəni 13 milyon ton olub.
Birinci yarım ilin sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub",- "BP-Azərbaycan" şirkətinin 2019-cu ilin 1-ci yarısının yekunları üzrə hesabatında bildirilir.
Ötən ilin ilk 6 ayı ərzində AÇG-dən ümumi hasilat – Çıraq (49 000), Mərkəzi Azəri (158 000), Qərbi Azəri (127 000), Şərqi Azəri (96 000), Dərinsulu Günəşli (107 000) və Qərbi Çıraq (59 000) platformalarından birlikdə – gündə orta hesabla 596 000 barel təşkil etmişdi. Ötən ilin İyun ayının sonunda AÇG-də ümumilikdə 116 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olmuşdu.
Bakıdan təxminən 100 km şərqdə yerləşən Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağı Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft yatağıdır.
SOCAR-A VERİLƏN SƏMT QAZI AZALIB
2019-cu ilin birinci yarısında AÇG-də 7 neft hasilat quyusu qazılıb.
2019-cu ilin birinci yarısı ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5 milyon kubmetrdən artıq, ümumilkdə isə 0,9 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
2018-ci iİlin 1-ci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilkdə isə 1,1 milyard kubmetr səmt qazı verilmişdi.
XƏRCLƏR ARTIB
2019-cu ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə 272 milyon dollardan artıq əməliyyat məsrəfləri və 657 milyon dollardan artıq əsaslı məsrəflər xərclənmişdir. 2018-ci ilin 1-ci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 236 milyon dollar əməliyyat məsrəfləri və 552 milyon dollar əsaslı məsrəflər xərclənmişdi.
AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 42 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















