Səudiyyə Ərəbistanında yataqlara edilən hücum fonunda neft bahalaşır
Səudiyyə Ərəbistanında xammal hasilatı ilə əlaqədar narahatlıq fonunda bazar ertəsi neftin qiyməti artır və bunu birjalardakı əməliyyatlar da göstərir.
Bakı vaxtı ilə səhər saat 08:45-ə olan məlumata görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti 1,09% artaraq 59,28 dollar/barelə, WTI nefti üçün sentyabr fyuçerslərinin qiyməti isə 0.97% artaraq 55,34 dollar/barelə çatıb.
Xatırladaq ki, şənbə günü Yəməndə fəaliyyət göstərən "Ənsər Allah" hərəkatının (husilər) dəstələri Səudiyyə Ərəbistanının şərq sərhədləri yaxınlığlındakı Şəybah neft yataqlarında yerləşən “Saudi Aramco” dövlət neft şirkətinə məxsus neftayırma müəssisəsinə və neft anbarına 10 dronla hücum edib.
Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral resurslar naziri Xalid əl-Falih bildirib ki, "Saudi Aramco" dövlət neft şirkətinin obyektlərinə edilən partlayıcılı dron hücumu qaz zavodunda yanğına səbəb olub və o, lokallaşdırılıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















