Daxili bazar araşdırmaları üçün sahibkarlardan müraciətlərin qəbuluna başlanıldı
Avqustun 19-dan etibarən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi üçün müraciətlərin qəbuluna başlanılır.
Daxili bazar araşdırmalarının əsas məqsədi KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması üçün onlara daxili bazarın mövcud vəziyyətinin öyrənilməsində maliyyə və informasiya dəstəyinin göstərilməsinə, özəl sektorda məhsul istehsalının artırılmasına, rəqabətqabiliyyətli məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına nail olmaqdır.
Sahibkarlıq subyektləri maraqlı olduqları sahələr üzrə daxili bazar araşdırmalarının aparılması üçün Agentliyə müraciət edə bilərlər.
Müraciət üçün nümunəvi ərizə forması və tələb olunan sənədlər barədə məlumatlar KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdirilib (http://smb.gov.az/nav/daxili-bazar-arasdirmalari).
Əlavə məlumat üçün KOBİA-ya da müraciət etmək olar (012 404-04-01).
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsinə dair Qaydalar”a əsasən bu sahədə dəstək tədbirlərinin təşkili KOBİA-ya tərəfindən həyata keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ


















.webp)







