SOCAR-la “Petrofac”ın birgə müəssisəsi “Abşeron” yatağında texniki xidmət göstərəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Petrofac” şirkəti ilə yaratdığı birgə müəssisə Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağının işlənməsi çərçivəsində mühəndislik və texniki xidmət müqaviləsi imzalayıb.
Bu barədə “Petrofac” məlumat yayıb.
“SOCAR-a birgə müəssisə “Total” və SOCAR-ın kəşfiyyat və hasilat əməliyyatlarını dəstəkləmək üçün mühəndislik və texniki xidmət müqaviləsi imzalayıb”, - qeyd edilib.
Müqavilə uzadılması mümkün olmaqla 12 ay müddətini əhatə edir.
“Petrofac EPS East”şirkətinin icraçı direktoru Mani Rajapathi Azərbaycanda təqdim etdikləri xidmətlərin genişləndirilməsindən məmnun olduqlarını bildirib: “Biz “Total” və SOCAR-ın əməliyyatlarını dəstəkləmək üçün mühəndislik və geniş texniki xidmətlər göstərməyi səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, 2017-ci il dekabrın 5-də SOCAR və "Petrofac" şirkəti ölkənin neft-qaz, neft-kimya sahələrində təlim və tədris istiqamətində kommersiya imkanlarından daha səmərəli yararlanmaq məqsədi ilə birgə müəssisənin yaradılmasına dair təsis müqaviləsi imzalayıb.
Müqaviləyə əsasən, SOCAR-ın səhm payı 51%, "Petrofac"ın payı 49% müəyyən edilib.
"Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 16 saat əvvəl
-
18 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















