Yük avtomobillərinin Bakıya girişinə qoyulan məhdudiyyət bu şirkəti iflas etdi
Ağır tonnajlı yük avtomobillərinin Bakı şəhərinə girişinə qoyulan məhdudiyyətlərə görə Azərbaycan şirkəti üçün maliyyə problemləri yaradıb.
“Marja”nın əldə etdiyi məlumata görə, 24 sentyabr 2019-cu il tarixində “Transavto EKS” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyinə, ağır tonnajlı yük avtomobillərinin Bakı şəhərinə girişinə qoyulan məhdudiyyətlər və bir sıra digər məqamlarla əlaqədar ASC-nin fəaliyyətində yaranan maliyyə problemlərinin müzakirəsi, ASC-nin ləğvi və ya başqa çıxış yolunun tapılması üçün qərarın qəbul edilməsidir.
Şirkətin ərazisində fəaliyyət göstərən servislərdə yük avtomobillərinin də təmiri həyata keçirilir. Ehtimal ki, Bakıya girişinə qoyulan məhdudiyyətə görə yük avtomobillərin gündüz saatlarında bu servisə gətiriləməsi mümkün olmur. Bu səbəbdən müştərilər kəskin azalıb.
İSTİFADƏ ETDİYİ TORPAĞI ÖZƏLLƏŞDİRİB SATIRDI
Şirkətin elanına görə, 15 avqust 2019-cu il tarixində də “Transavto EKS” ASC səhmdarlarının yığıncağı keçiriləcəkdi. Həmin yığıncağın gündəliyinə - “Transavto EKS “ASC-nin istifadəsində olan torpaq sahəsinin yeni investor tərəfindən “Transavto EKS” ASC-nin adına özəlləşdirilməsi və sonradan həmin torpaq sahəsinin investora satışı əqdinin şərtlərinin müzakirəsi və müvafiq qərarın qəbul edilməsi, Torpağın investora satışı üçün ASC-nin müşahidə şurasının qərarının məqbul edilməsi halında bu satışdan “Transavto EKS “ASC-yə qalan mənfəətin dividend şəklində səhmdarlara paylanması məsələsinin müzakirəsi və müvafiq qərarın qəbul edilməsi daxil idi.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Əgər səhmdarlar “Transavto EKS “ASC-nin istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsinə və yeni investora satışına qərar vermişlərsə, belə çıxır ki, şirkət torpağını da satıb bazardan çıxır.
02 iyul 2019-cu il tarixində “Transavto EKS” səhmdarlarının keçirilmiş növbəti ümumi yığıncağında Səhmdar Cəmiyyətinin 2017-2018-ci illərinin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirə edilərək təsdiq edilmişdi.
2006-cı ildə qeydiyyata alınmış "Transavto EKS" ASC-nin reyestr məlumatlarına 2019-cu ilin İyul ayında dəyişiklik edilib. 468 min 406 manat nizamnamə kapitalına malik olan ASC-nin qanuni təmsilçisi Xankişi Nuriyevdir.
“Transavto EKS” ASC-nin səhmləri 2017-ci ildən Bakı Fond Birjasında listinqdədir.
“Transavto EKS” ASC Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3105-ci məhəllədə fəaliyyət gösətir.
2006-cı ildə eyni ünvanda fəaliyyət göstərən "Trans-Avto" ATSC-nin həyətində, "Kamaz-5411" markalı avtomaşının qoşqu çənində qaynaq işləri aparılarkən partlayış baş vermişdi. Nəticədə avtomaşının sürücüsü Əbülfəz Əliyev hadisə yerində ölmüş, qaynaqçı, Yeni Günəşli qəsəbə sakini Fəxrəddin Bayramov isə xəsarətlə xəstəxanaya yerləşdirilmişdi.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
- 49 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
2 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb






.jpg)
.jpg)


.jpg)


.jpg)







