ABŞ-dan Çinə cavab - TRAMP VERGİLƏRİ DAHA DA QALDIRDI
09:30 - ABŞ Prezidenti Donald Tramp, "Çindən idxal olunan 250 milyard dollarlıq məhsullara 30 faiz vergi tətbiq etməyə başlayacağıq. Bundan əlavə 10 faiz vergi tətbiq edilən 300 milyard dollar dəyərindəki Çin məhsullarına da 1 Sentyabr etibarən 15 faiz vergi qoyulmağa başlanacaq" deyib.
ABŞ Prezidenti Donald Trump, Çinin Amerika məhsullarına tətbiq etdiyi əlavə gömrük vergilərinə cavab olaraq, bu ölkəyə qarşı gömrük vergilərini 5 faiz artırdıqlarını bildirib.
"Marja" xəbər verir ki, Tramp, "Twitter" hesabından verdiyi açıqlamada, ABŞ-ın hər il Çin üzərindən yüz milyardlarla dollar itirdiyini və bunun bir sonu olmadığını, əvvəlki ABŞ rəhbərlərinin buna imkan verdiyini bildirib.
Özünün belə bir ticarət əlaqəsinə icazə verməyəcəyini vurğulayan Tramp, "Ədalətli ticarəti təmin etmək üçün bu çox ədalətsiz ticarət əlaqəsini tarazlaşdırmalıyıq. Çin, 75 milyard dollarlıq Amerika məhsullarına yeni gömrük vergiləri tətbiq etməməli idi", - İfadəsini istifadə edib..
Çinin bu qərarı siyasi səbəblərlə verdiyini bildirən Tramp, "1 Oktyabrdan etibarən Çindən gələn və hazırda 25 faiz gömrük vergisi tətbiq edilən 250 milyard dollarlıq məhsullara 30 faiz vergi tətbiq etməyə başlayacağıq. Bundan başqa, hazırda 10 faiz vergi tətbiq edilən 300 milyard dollar dəyərindəki Çin məhsullarına da 1 Sentyabrdan etibarən 15 faiz verginin tətbiq edilməsinə başlanacaq. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm", - açıqlamasını edib.
08:59 - ABŞ Prezidenti Donald Tramp Çindən idxal olunan 250 milyard dollarlıq malın gömrük tariflərinin oktyabrın 1-dən etibarən 25 faizdən 30 faizə qaldırılacağını elan edib.
Birləşmiş Ştatların bu addımı Çinin ABŞ-dan gətirilən 75 milyard dollarlıq məhsuluna tariflərin tətbiqi barədə avqustun 23-də qəbul etdiyi qərara cavab xarakteri daşıyır.
Bundan başqa, ABŞ sentyabrın 1-dən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10 faiz rüsum tətbiq olunması barədə bir müddət əvvəl açıqladığı qərarına da dəyişiklik edərək, rüsumu 15 faizə qaldırıb.
Xəbər verdiymiz kimi, Çin, ABŞ-ın əlavə vergi qərarına cavab olaraq 75 milyard dollarlıq ABŞ məhsullarına vergi tətbiq edəcək.
Çin rəsmi qurumlarından verilən məlumata görə, gömrük tarifləri; 1 Sentyabr və 15 Dekabr olmaqla 2 mərhələdə tətbiq ediləcək.
Çin 1 Sentyabrdan etibarlı olmaqla ABŞ-dan idxal edilən soyaya 5 faiz əlavə, xam neft idxalına 5 faiz tarif tətbiq edəcək. 15 Dekabrdan etibarən etibarlı olmaqla isə ABŞ avtomobillərinə 25 faiz tarif tətbiq edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"























