"Dolların əvəzinə Libraya bənzər bir ehtiyat valyutası olmalıdır"
Böyük Britaniya Mərkəzi Bankının (BOE) sədri Mark Carney, dolların hakimiyyətini sona çatdırmaq üçün Libraya bənzər bir ehtiyat (rezerv) pul vahidi olması lazım olduğunu söyləyib.
Böyük Britaniya Mərkəzi Bankının sədri qlobal maliyyə sisteminin reviziyası üçün radikal təklif verib və dolların əvəzinə tez ya da gec Libraya bənzər bir virtual valyutanın keçməsi lazım olduğunu söyləyib.
"Marja" xəbər verir ki, bir neçə ay sonra vəzifəsini təhvil verəcə Carney, geniş bir dəyişiklik zamanı beynəlxalq iqtisadiyyat üçün baxışını açıqlayıb.
Ticarət və məzənnə müharibələri təhdidi iqtisadi artıma mənfi təsir edir və çoxtərəfli əməkdaşlığı alt-üst edir. Mərkəzi banklar, inflyasiyanı canlandırmaq səyləri daxilində aşağı faiz tələsinə ilişmiş vəziyyətdədirlər.
Carney, "Artan iqtisadi siyasət qeyri-müəyyənliyi, artan himayəçilik və mənfi şokların məhdud siyasət imkanlarına görə kifayət qədər həll olunmaması qlobal iqtisadiyyatda deflyasiya meylinı artırır" deyib və "sonra nə etməli?" deyə soruşub.
Fed-in illik simpoziumunda çıxış edən Carney, mərkəzi bankirlərin qısa dövrdə vəziyyət nədirsə onunla məşğul olmaları lazım olduğunu söyləyib. Ancaq İngiltərə Mərkəz Bankının sədri, status-kvonun qayğısız bir şəkildə qəbulunun yanlış olduğu və nəhayət dramatik addımların lazım olacağı barədə xəbərdarlıq edib.
Carney-in çıxışında ən mühüm məqam, dolların qlobal ehtiyat valyuta kimi mövqeyilə bağlı idi və BOE sədri, Facebook Inc.-ın dövriyyə buraxmağı planlaşdırdığı Libraya bənzər bir rəqəmsal pulun daha yaxşı variant olacağını deyib. O bunun, dolların ehtiyat valyuta statusunu Çinin yuanı kimi digər bir ölkənin pul vahidi tərəfindən ələ keçirilməsindən daha üstün olacağını qeyd edib,
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"























