Rusiya zavodu Azərbaycana uşaq qidası məhsullarını ixrac edəcək
Rusiyanın Bryansk vilayətinin sahibkarları Azərbaycana məhsul tədarük etməyi planlaşdırırlar. Bu barədə Rusiya mətbuatı məlumat verir.
2019-cu il 26-29 avqust tarixlərində Bryansk vilayətinin kiçik və orta sahibkarlıq subyektlərinin Bakıya ixracyönümlü beynəlxalq biznes missiyası baş tutub.
Biznes missiya üzvləri Azərbaycanın biznes nümayəndələri ilə görüşüb. Görüşlərdə 16 müxtəlif sahəni təmsil edən 150-dən artıq Azərbaycan şirkətinin nümayəndələri iştirak edib.
“Təşkil olunan səyyar görüşlər çərçivəsində və gələcəkdə əməkdaşlığın qurulması üçün zəruri məlumatın toplanması və təhlili məqsədilə biznes missiya iştirakçıları Azərbaycanın əsas iri ticarət şəbəkələri ilə tanış olublar. Onların arasında "Bazarstore", "Bizim Market", "Bravo" və "Araz"ı qeyd etmək olar. Belə ki, “Bryansk qormolzavod” ASC-nin nümayəndələri biznes missiyanın nəticələrindən məmnun qalıblar. Aparılan marketinq araşdırmalarına əsaslanaraq və ticarət şəbəkələrinin piştaxtalarını təhlil edərək, şirkət qənaətə gəlib ki, Azərbaycanda uşaq qidası bazarında imkanlar mövcuddur. Bu səbəbdən şirkət öz məhsullarının Azərbaycana tədarükünün təşkili imkanını nəzərdə tutur”, - məlumatda qeyd olunur.
Görüşlərin yekununda “Bryansk qormolzavod” ASC-nin məhsullarının Azərbaycanın ticarət şəbəkələrinə tədarükünə dair ilkin razılıq əldə olunub.
Bundan başqa, Azərbaycanın emal şirkətləri “Russkaya bronya TD” MMC-nin buraxdığı avadanlığa maraq göstəriblər. Azərbaycanın Fövqəladə Hallar Nazirliyi və ölkədə ən neft-qaz avadanlığının iri distrubyutorlarından olan "Generall Supply" şirkəti tərəfindən “Lessorb” MMC-nin məhsullarına maraq ifadə olunub.
Qeyd edək ki, “Bryansk qormolzavod” məhsullarını "Ам Ам" brendi ilə bazara çıxarır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























