APFM rəsmi olaraq Peşəkar Mühasib Təşkilatı statusuna layiq görülüb
Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) rəsmi olaraq Peşəkar Mühasib Təşkilatı statusuna layiq görülüb.
“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 may 2019-cu il tarixli 204 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib təşkilatının akkreditasiya olunması Qaydası"nın 2.2 bəndinin tələblərini yerinə yetirərək, Maliyyə Nazirliyinin 26 avqust 2019-cu il tarixli, q-01 saylı Qərarına əsasən APFM- Peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuşdur”,- APFM-dən “Marja”ya bildirilib.
Qeyd edilib ki, APFM ilk peşəkar mühasib təşkilatıdır. 2007-ci ildə təsis olunmuş Assosiasiya maliyyə hesabatlarının beynəlxalq standartlarına keçidlə bağlı mühüm layihələrdə fəal iştirak etmiş, geniş təcrübə toplamış, hazırda ölkədə öndə gedən və beynəlxalq akkreditasiyalara malik olan qurum kimi mühasiblərin peşəkar səviyyəsinin artırılması, mühasib peşəsinin inkişafı, ümümiyyətlə maliyyə-mühasibatlıq sahəsində çalışan mütəxəssislərin maarifləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi istlqamətində fəaliyyətini uğurla davam etdirir.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda edilən son mühüm dəyişikliklərin tətbiqi ilə bağlı və Qanunun tələblərindən irəli gələrək, mühasiblərin peşəkar səviyyəsinin artırılmasının zəruriliyi APFM-in apardığı maarifləndirici tədbirlərin əhəmiyyətini daha da ön plana çəkir və fəaliyyətini bu istiqamətdə genişləndirilməsini labüd edir. Assosiasiya Peşəkar Mühasib Sertifikasiyası imtahanlarına hazırlıq üzrə müvafiq təlimlər təşkil edir.
Nəzərinizə çatdırırıq ki, MHBS üzrə “Peşəkar Mühasib Sertifikatı” əldə etmək üçün müraciət etmiş namizədlər Assosiasiyanın təqdim etdiyi ICFM beynəlxalq kvalifikasiyasına (Diploma in IFRS) malik olduğu təqdirdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanın 1-ci mərhələsindən azad edilir.
APFM 2016-cı il mart ayından etibarən Avropanın 320 000 mühasib və auditorunu cəmləşdirən Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) həqiqi üzvüdür, “Mühasiblərin və Auditorların Avrasiya Forumu”nun təşkilatçısıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 16 d. əvvəl
- 40 d. əvvəl
-
49 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
53 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)









.jpg)


