ABŞ Səfirliyinin nümayəndələri Naxçıvanın istehsal müəssisələrində
Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadi Əməkdaşlıq Şöbəsinin nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində muxtar respublikanın istehsal müəssisələrində də olublar.
Qonaqlar əvvəlcə Naxçıvan Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar. Bildirilib ki, burada istehsal prosesi konveyer üsulu ilə təşkil edilib. Hazırda zavodda 17 modeldə minik və yük avtomobilləri istehsal olunur.
“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq zamanı nümayəndələrə məlumat verilib ki, 2004-cü ildə özəlləşdirilən müəssisədə daha keyfiyyətli məhsul istehsalına başlanılıb, Badamlı mineral suyunun əvvəlki şöhrəti özünə qaytarılıb. Burada istehsal olunan məhsullar ölkəmizin digər bölgələri ilə yanaşı, Ukrayna, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Çinə də ixrac edilir.
Nümayəndələr “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-də də olub, bu müəssisənin istehsal gücü, burada istehsal edilən məhsulların çeşidi haqqında ətraflı məlumat alıblar.
Qeyd olunub ki, Kəngərli rayonunun Qarabağlar və Çalxanqala kəndləri ərazilərindəki zəngin yataqlardan çıxarılan travertin və mərmər daşlar emal üçün bu müəssisəyə gətirilir. Məhsul buraxılışında istifadə edilən daşlar təbii olaraq antibakterial keyfiyyətə malikdir. Müəssisədə Türkiyə istehsalı olan “Sesemak” markalı avadanlıqlar quraşdırılıb. Böyük və kiçikölçülü travertin plitələrdən, əsasən, binaların fasadının və həyətyanı sahələrin bəzədilməsində, mozaik travertinlərdən isə müxtəlif naxışlı bəzək üzlüklərinin hazırlanmasında istifadə olunur. Gündəlik maksimum istehsal gücü 2000 kvadratmetr daş məhsulları olan müəssisədə klassik ağ və qara suyollu travertin məhsulları ilə yanaşı, Naxçıvan sədəfi və qara inci mərmər, sienit də istehsal edilir. Həmçinin müəssisədə dekorasiya sexi də fəaliyyət göstərir.
Duzdağ Fizioterapiya Mərkəzinə gələn nümayəndələrə bu səhiyyə müəssisəsi barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzin dünyadakı digər duz şaxtalarından üstünlüyü şaxtanın horizontal yerləşməsidir. Buna görə xəstələr yeraltı şöbəyə tez adaptasiya olurlar. Digər tərəfdən şaxtada oksigen və havanın temperaturu daim sabit qalır. Bu da astma-bronxit xəstələrinin sağalması prosesinin daha da sürətlənməsinə səbəb olur. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan 474 çarpayılıq xəstəxanaya hər il dünyanın bir çox ölkələrindən minlərlə insan müraciət edir.
Bununla da Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin İqtisadi Əməkdaşlıq Şöbəsinin nümayəndələrinin Naxçıvan Muxtar Respublikasına səfərləri başa çatıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
9 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
9 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 11 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR

















