Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı - LİRƏ...
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı.
"Marja" xəbər verir ki, faiz 19,75%-dən 16,50% səviyyəsinə edirilib (325 faiz bəndi).
Faizin 19,75%-dən 17,25%-ə endiriləcəyi gözlənilirdi (250 faiz bəndi).
Qərardan sonra Lirə Dollar qarşısında 1,5% bahalaşıb və Dollar/TL məzənnəsi 5.66 səviyyələrinə geriləyib.
Türkiyə Mərkəzi Bankı İyul ayında faizi 425 bənd azaldaraq 24%-dən 19,75%-ə endirmişdi.
Mərkəzi Bank qeyd edib ki, inflyasiya düşməkdə davam edir.
Pul siyasəti mətnində bu ifadələr yer alıb; "Son dövrdə açıqlanan göstəricilər iqtisadi fəaliyyətdəki mülayim toparlanma tendensiyasının davam etdiyini göstərir. İlin ilk yarısında xalis ixrac iqtisadi artıma köməyi davam etdirib, turizm güclü inkişaf edir və əlaqəli sektorlar vasitəsilə iqtisadi fəaliyyəti dəstəkləyir. Qarşıdakı dövrdə ixracın iqtisadi artıma töhfəsini davam etdirəcəyi, inflyasiyada azalma meylinin və maliyyə şərtlərində yaxşılaşma ilə iqtisadiyyatdakı mərhələli toparlanmanın davam edəcəyi nəzərdə tutulur".
Mərkəzi Bank qiymət sabitliyi və maliyyə sabitliyi məqsədləri üçün əlindəki bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)













.jpg)




