185 arıçıya imtina cavabı verilib
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat (ATT) ASC, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasına hazırlıq işləri davam edir.
Dünən Aqrar Tədarük və Təchizat ASC və Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələrindən ibarət birgə işçi qrupu tərəfindən yarmarkada iştirak üçün daxil olan müraciətlərə baxılıb. Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, ilk dəfə olaraq yarmarkada qeydiyyat onlayn olaraq həyata keçirilib. Ümumilikdə, daxil olmuş 485 nəfərin müraciətinə baxılıb və onlar arasından yarmarkada iştirak tələblərinə uyğun olan 300 arıçı seçilib.
Qaydalara əsasən, yarmarkada iştirak edə bilmək üçün təsərrüfat sahibinin minimum 20 arı ailəsi olmalıdır. Seçim zamanı arıçıların subsidiya üçün müraciət edib-etməməsi, daha əvvəlki yarmarkalarda iştirakı zamanı yarmarka qaydalarına riayət etməsi, neqativ hallara yol verib-verməməsi, həmçinin məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğunluğu da nəzərə alınıb.
İştirakı təsdiqlənmiş arıçılara müraciət zamanı qeyd etdikləri telefon vasitəsilə sms-bildirişlər göndəriləcək və onlara məhsullarını gətirəcəkləri vaxt barədə məlumat veriləcək. Bal nümunələri 13-24 sentyabr tarixində Aqrar Tədarük və Təchizat ASC-nin Xocahəsən yolu 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında qəbul olunacaq.
Xatırladaq ki, hər bir arıçı yarmarkaya hər bir arı ailəsi üzrə 10 kq olmaqla maksimum 400 kq bal və hər arı ailəsi üzrə 1 ədəd olmaqla maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq haqqına sahibdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)

