20 sentyabrda “Renessans Palace” bütün qonaqlarını “Mənim evim ... mənim Vətənimdir” şüarı altında birləşdirəcək
(®) Ölkənin ən iri premium sinif yaşayış kompleksi “Renessans Palace”da 20 sentyabr tarixində “Mənim evim ... mənim Vətənimdir” adlı böyük tədbir keçiriləcək.
Bu tədbirlə qonaqlarına və ümumilikdə hər bir vətəndaşa vətəni, torpağı qorumağın ilk öncə evimizi, yaşadığımız həyəti, ətraf mühitimizi qorumaqdan başladığı mesajını vermək istəyən “Renessans Palace”ın geniş həyətində müxtəlif dekorasiyalar, ekspozisiyalar və aktyorların köməkliyilə Azərbaycanın ayrı-ayrı tarixi dövrləri yaradılacaq. Tədbirə gələn bütün qonaqlar sanki Vətənimizin tarixinə səyahət etmiş olacaqlar.
“Mənim evim....mənim Vətənimdir” tədbirinin maraqlı hissələrindən biri də, xüsusilə bu tədbir üçün hazırlanan, peşəkar rəssam Nərminə Vəliyevanın rəsm əsərləri əsasında tikilən, Azərbaycanın tarixi abidələrini əks etdirən özəl geyimlərdə müxtəlif yaş kateqoriyasından olan uşaqların dəfiləsi olacaq. Tədbirin “Qalereya” hissəsində isə “Mənim şəhərim” mövzusunda çəkilən rəsm əsərləri qonaqlara nümayiş etdiriləcək. Bir sıra məşhur ifaçılar, musiqiçilər, aktyorların da çıxış edəcəyi tədbir möhtəşəm atəşfəşanlıqla tamamlanacaq. Bir sözlə 20 sentyabrda “Renessans Palace” bütün qonaqlarını “Mənim evim ... mənim Vətənimdir” ideyası altında birləşdirəcək.
Tədbir eyni zamanda binaların yaşayışa təhvil verilməsini elan etmək məqsədilə təşkil olunur. Həmin tarixdən etibarən artıq sakinlər mənzillərinə köçə biləcəklər.
Premium seqmentin keyfiyyət, infrastruktur, xidmət və digər bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir. Mənzillərin hündürlüyü standard ölçülərdən (3 metr) daha artıq – 3.35 metrdir. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mistubishi” markalı sürətli liftlər quraşdırılıb.
Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır.
Kompleksin ilk 2 mərtəbəsində fəaliyyət göstərəcək iaişə obyektləri isə (restoran, kafelər, fitnes zal, uşaq bağçası, gözəllik salonu, sağlamlıq mərkəzi və s.) sakinlərin rahatlığına xidmət göstərəcək. 3 hektar ərazini əhatələndirən yaşayış kompleksinin 1,5 hektar hissəsi sakinlər üçün meşətipli, qapalı parkdır.
“Renessans Palace” 120 yerüstü, 1550 yeraltı avtomobil parkinq yeri ilə həm də paytaxtın ən iri avto-parkinqinə sahib yaşayış kompleksidir.
Sentyabrdan etibarən premium mənzildə yaşamaq istəyən digər şəxslər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: 0125382977 və 0507158888.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 26 d. əvvəl
- 46 d. əvvəl
-
57 d. əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!















.jpg)





