Kartof istehsalı üçün ən müasir texnikalar Azərbaycanda – 40% ENDİRİM VƏ LİZİNQ
Fermerlərin ağır əl əməyinin müasir innovativ texnika və avadanlıqlarla əvəz edilməsi hədəflənir. Qabaqcıl texnologiyalar məhsuldarlığı və fermerlərin gəlirlərini artırır.
Fermerlərin və kənd təsərrüfatı iştirakçılarının istehsal prosesini sürətləndirmək üçün yüksək texnologiyaların tətbiqini təmin etmək məqsədilə kənd təsərrüfatı nazirliyi ixtisaslaşmış texnika ilə tanışlıq kampaniyasına start verib.
İsmayıllı rayonunda keçirilmiş “Kartof festivalı”nda nümayiş etdirilən texnika və texnologiyalar fermerlərin əl əməyini azaltmağa və istehsal prosesini sadələşdirməyə yönəlib.
Əsas sponsoru “PriorLeasing”, sponsorları aparıcı aqrar texnika istehsalçıları CLAAS və GRIMME olan tədbirdə tərəvəz istehsalçılarına kartof istehsalında tətbiq olunan ən müasir texnologiyalar nümayiş olunub, avtomatlaşdırılmış proseslərin üstünlükləri barədə ətraflı məlumat verilib. Sponsorların dəstəyi ilə festivalda ölkə üzrə əsas təchizatçı rayonlar - İsmayıllı, Tovuz, Qazax, Gədəbəy, Masallı və Cəlilabaddan fermerlər iştirak edib.
Tədbirdə həmçinin İsmayıllı rayonunun icra başçısı Mirdaməd Sadıqov və Aqrar Kredit və İnkişaf Agentiyinin sədri Mirzə Əliyev iştirak edib..
İstehsalçı kompaniyaların nümayəndələri tədbir iştirakçılarına Grimme GL 430, Grimme GF 400, Grimme KS, Grimme SE 260 CLAAS AXION 820 texnikaları barədə geniş məlumta veriblər. Fermerlər “Buta Qrup” MMC-nin kartof sahələrində adıçəkilən texnikaların istifadəsi ilə əyani tanış olublar, müasir texnologiyaların yüksək effektivliyini müşahidə ediblər.
Sahə nümayişindən sonra fermerlər kompaniyaların sex və anbarlarında çeşidləmə və paketləmə maşınlarıyla tanış olublar. Burada iştirakçılar Grimme LC-705, Grimme SC 80-7, Grimme GBF LSL və Grimme RH 20 texnikaları barədə ətraflı məlumat alıblar.
Tədbirin baş tutduğu “İsmayıllı Tərəvəzləri” aqroparkının daxil olduğu “Buta Qrup” MMC-nin rəhbəri Bəşir Quliyev çıxışında qeyd edib ki, müəssisənin qabaqcıl texnikalarla təchizatı üçün özəl lizinq şirkəti olan “Prior Leasing” vasitəsilə dövlət subsidiya modelindən yararlanıb. Belə ki, yenilənmiş subsidiya modeli ilə Almaniyanın CLAAS və GRIMME konsernlərinin kənd təsərrüfatı avadanlıqlarını əldə etmək mümkün olub.
“Məqsədimiz kənd təsərrüfatında fermerlərin ağır əl əməyinin müasir innovativ texnika və avadanlıqlarla əvəz edilməsidir. Kənd təsərrüfatı texnikalarının fermerlərə güzəştli şərtlərlə - 40% subsidiya ilə təqdim edilməsinin, eləcə də texnika bazarının liberallaşdırılmasının, yəni fermerə istədiyi təchizatçıdan texnika seçmək azadlığı verilməsinin əsas səbəblərindən biri də məhz budur. Müasir texnikalardan istifadə aqrar sahədə məhsuldarlığın artmasına, daha peşəkar və bacarıqlı işçilərin çoxalmasına və buna mütənasib olaraq, gəlirlərin də yüksəlməsinə səbəb olar” – Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev belə deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)





.jpg)



