“Veysəloğlu” sponsor oldu
“Veysəloğlu” şirkətlər qrupu 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com) sponsoru olub.
“Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı sərəncamlar ticarət əməliyyatları sahəsi ilə yanaşı, sənaye istehsalatında da qeyri-neft sektorunun inkişafına yol açır. Dünya üzrə 20-dən çox dövlətlə geniş əməkdaşlıq bazasına sahib olan bir şirkət kimi biz idxal-ixrac əməliyyatlarını genişləndirməyi planlaşdırırıq ki, bu da öz növbəsində ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. Caspian European Club (Caspian Business Club) tərəfindən təşkil olunan Caspian Energy Forum-un sponsoru olmaqla biz “İnkişafın xammal mərhələsindən ixracyönümlü iqtisadiyyata keçid” sessiyasını dəstəklədik. Əminəm ki, qarşıdan gələn forum çərçivəsində biz həmçinin şirkətimizin gələcək uğurlu beynəlxalq inkişafı üçün lazımi əlaqələr quracağıq”, - deyə “Veysəloğlu” şirkətlər qrupu prezidentinin maliyyə və strateji inkişaf işləri üzrə müşaviri İlqar Nuri bildirib.
“Veysəloğlu” şirkətlər qrupu Azərbaycanda fəaliyyət göstərən aparıcı ticarət və distribütor şirkətlərindən biridir. Onun sponsor qismində Caspian Energy Forum-u dəstəkləməsi şirkətlərin öz aralarında ünsiyyət qura, coğrafi əməkdaşlığı genişləndirə, yeni əlaqələr yarada, innovasiya məhsullarını təqdim edə və bu gün üçün aktual olan məsələlərin həlli üçün dövlət orqanları ilə dialoqda fəal iştirak edə biləcəkləri informasiya meydanının mühümlüyünü bir daha sübut edir”, - deyə Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
“Veysəloğlu” ticarət və distribütor şirkəti yüksək səviyyəli xidmət göstərən müasir ticarət holdinqidir. Şirkət dünya üzrə 20-dən çox ölkədə 116 fabrik ilə əməkdaşlıq edir. 2001-ci ildə “Ulduz” şokolad fabriki fəaliyyətə başlayıb ki, bu da Azərbaycanda qənnadı mallarının və qida məhsullarının istehsalı sahəsinin inkişafına güclü təkan verib.
Qeyd edək ki, Caspian Energy Forum-2017-də Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov; Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev; Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Akademik Ziyad Səmədzadə; Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə; Azərbaycan Respublikasının Gömrük Komitəsinin sədri Aydın Əliyev; Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov; Azərbaycan Respublikası Mərkəzi Bankın sədri Elman Rüstəmov; Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə energetika departamentinin rəhbəri Aidə Sitdikova və digərləri öz iştiraklarını təsdiqləyiblər.
Caspian Energy Forum-2017-yə həmçinin avrokomissarlar, Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaqlar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 deleqat iştirak edəcək.
Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər region dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.
4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin baş sponsoru Azersun Holding, sponsorları “Veysəloğlu” şirkətlər qrupu, Cross Caspian Oil and Gas Logistics LLC, PolyMart və “R.İ.S.K.” Elmi-İstehsalat Şirkəti, partnyorları “ASE EXPRESS & OCS, DSV”, “Azpetrol Ltd” MMC, “AzMetco” ASC və SİNAM-dır.
Forumda iştirak üçün http://caspianenergyforum.com/index.php/en/registration linki vasitəsilə qeydiyyatdan keçmək tələb olunur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
7 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
7 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
7 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























