Ən yuxarı (mobil)_30

Regionalardan toplanır, Sumqayıta daşınır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Regionalardan toplanır, Sumqayıta daşınır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Regional məntəqələrdə toplanan yunun Sumqayıtdakı fabrikə təhvil verilməsinə başlanılıb


 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti respublikamızın bölgələrində yun tədarükünü davam etdirir.

 

Cəmiyyətin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, tədarükçülər ölkəmizin bütün bölgələrindən aldıqları yunu Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında fəaliyyətə başlayan regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinə təhvil verirlər. Bu məntəqələrdə il ərzində 1500 ton çirkli yun qəbulu həyata keçiriləcəkdir.

 

Regional məntəqəyə gətirilən məhsul rənginə və ölçüsünə görə çeşidlənir. Yun çeşidləndikdən sonra onların üzərinə xüsusi yarlıqlar vurulur. Həmin yarlıqda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü (qaba və incə), nəmliyi barədə məlumatlar öz əksini tapır.

 

Məntəqələrdə toplanan yun Sumqayıtdakı Yunəyrici-Boyaq Fabrikinə gətiriləcək. Müəyyənləşdirilmiş istehsal proseslərdən sonra  yunun bir hissəsi 250 ton iplik əldə etməyə sərf olunacaq. Burada 350  ton  təmiz yun istehsalı nəzərdə tutulub ki, bu da xammal kimi satışa çıxarılacaq.

 

Sentyabrın 25-də Yunəyrici-Boyaq Fabrikinə yunun təhvil verilməsi prosesinə başlanılıb.

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov fabrikə yun qəbulu prosesi ilə maraqlanıb.

 

Bildirilib ki, ilk olaraq Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində toplanan yun fabrikə təhvil verilir.

 

Fabrikdə görülən işlərlə də tanış olan İdarə Heyətinin sədrinə məlumat verilib ki, artıq burada əsas tikinti işləri başa çatdırılıb. Fabrikə qəbul ediləcək yunun yuyulması, qurudulması, daranması, əyrilməsi və boyanması üçün nəzərdə tutulan istehsalat sahələri avadanlıqların quraşdırılmasına tam hazır vəziyyətə gətirilib. Bu günlərdə  avadanlıqların quraşdırılmasına başlanılacaqdır.

 

İdarə Heyətinin sədri məntəqələrə və fabrikə yun qəbulu zamanı müəyyənləşdirilmiş standartlara ciddi əməl olunması, fabrikdə avadanlıqların quraşdırılması işinin sürətləndirilməsi barədə tapşırıqlar verib.

26.09.2019 09:12
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18