Faizlər düşsə də depozit hərracında tələb düşmədi
28.10.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 678.3 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib.
“Marja” xəbər verir ki, Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini elan etdiyindən, bu məbləği də cəlb edib.
Xəbər verdiyimiz kimi, vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının faizi 6,26% - 7,99% aralığından 6,01% - 7,74% aralığına düşüb.
Depozit hərracının gedərək sərfəsiz olmasının səbəbi Mərkəzi Bankın bu il 7 dəfə faiz endirməsidir. 25 Oktyabr 2019-cu il tarixində də Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 8%-dən 7.75%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda (aşağı həddi - 6%, yuxarı həddi - 9.5%) müəyyən edilib.
Qeyd edək ki, depozit hərracının faizi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasında müəyyən edilir. Uçot dərəcəsi və faiz dəhlizinin aşağı həddi dəyişdikdə depozit hərracının faizi də dəyişir.
Qərardan sonra bildirilmişdi ki, 28 oktyabr 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. Hibrid hərrac vasitəsilə 150 milyon manat cəlb edilməsi nəzərdə tutulur. Şərtlərə görə, müddət 14 gün, faiz dərəcəsi 6,01% - 7,74%-dir.
Qeyd edək ki, hələ də hərraclarda tələb təklifi üstələsə də təxminən 2 dəfə azalıb. Ötən il və 2019-cu ilin birinci yarısında depozit hərraclarında tələb 1 milyard manata çatırdı. Son hərraclarda tələb 500 milyon manatdan bir qədər yüksək olurdu. Bu gün hərracda tələb daha da yükək olub.
21.10.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 538 milyon manat təşkil etmişdi.
Depozit hərracında yalnız banklar iştirak edə bilir. Bu alət devalvasiyalardan sonra dövriyyədəki Manat kütləsinin idarə edilməsi üçün tətbiq edilib. Depozit hərracının faizləri yüksək olduqda kommersiya bankları öz vəsaitlərini bu hərrac vasitəsilə Mərkəzi Banka yatırmağa maraqlı olurlar və nəticədə dövriyyədəki izafi Manat kütləsi yığılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 42 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























