“İnsanların üzərinə getməklə onlardan heç nə ala bilməyəcəksiniz”
Azərbaycanda ötən il istehlak kreditlərinin real azalması 2,35 mlrd. manat təşkil edib, 4,2 mlrd. manat istehlak kreditlərinin 1,2 mlrd. manatı restrukturizasiya olunub.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib:
"Biz vəziyyəti tənzimləməliyik. Borcları birfədlik bağışlamaq olmaz, çünki həmin kreditlərdə insanların əmanətləri var. Kreditlərin qaytarılması depozitlərin qaytarılmasının yeganə mənbəyidir".
"2016-cı ildə istehlak kreditləri 20% azalıb. Bu, nominal azalmadır. Real azalma isə daha çoxdur. Çünki xarici valyutada istehlak kreditlərinin verilməsinin məhdudlaşdırılmasından əvvəl portfelin yarısı xarici valyutada olub. Real azalma 2,35 mlrd. manat təşkil edib və 4,2 mlrd. manatlıq istehlak kredit portfelinin 1,2 mlrd. manatı restrukturizasiya olunub. Bu, könüllü aparılıb", - deyə Palatanın rəhbəri əlavə edib.
"Biz hər dəfə banklara izah edirik ki, insanların üzərinə getməklə onlardan heç nə ala bilməyəcəksiniz. Hər bir bank ictimai etimad və nüfuza əsaslanmalıdır, etimad bərpa olunmalıdır", - deyə R.Aslanlı vurğulayıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















