“Embafinans”dan növbəti istiqraz təklifi - ALANA 10,5% ÖDƏYƏCƏK
“Embafinans”ın 1 milyon manatlıq istiqrazları yerləşdiriləcək.
8 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” MMC-nin AZ2005020600 İSİN-li, hər birinin nominal dəyəri 1000 AZN olan 1000 ədəd, sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. Bu barədə “Marja”ya Birjadan bildirilib.
İstiqrazların yerləşdirilməsi 14 noyabr 2019-cu il tarixində BFB-də birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Şərtlərə görə, 1 illik istiqrazlar üzrə 10,5% gəlir təklif olunur. Faiz ödənişi hər aydan bir ödəniləcəkdir.
İstiqrazın növü | Adlı, faizli, təmin edilməmiş |
Qiymətli kağızın ISIN kodu | AZ2005020600 |
Hərraca çıxarılan həcm | 1 000 000 AZN |
İstiqrazın nominal dəyəri | 1000АZN |
Hərrac qiyməti | 1000 AZN |
İstiqrazın tədavül müddəti | 1 il |
Faiz dərəcəsi | 10.5 % |
Faiz ödənişləri müddəti | Hər 1 (bir) təqvim ayından bir |
Geri satınalma şərti | Emissiya prospektinin 14.14 bəndinə əsasən emitent tərəfindən təmin olunur |
Anderrayter | “Unicapital İŞ” ASC |
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
HƏMÇİNİN OXU:"Embafinans" 1 ildə 2 dəfə böyüdü – QAZANCI KƏSKİN ARTIB
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 9 d. əvvəl
-
-
10 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
21 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Rəsmi məzənnələr açıqlandı
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Ən çox oxunanlar
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb















.jpg)





