Bakıda havanı çirkləndirən şadlıq saraylarının adları açıqlandı - SİYAHI
Son bir həftə ərzində keçirilən monitorinq zamanı filtrlərin dəyişdirilməməsi səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarı normadan artıq olan ictimai iaşə obyektlərinin adları açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Vüqar Kərimov ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb.
O bildirib ki, buna səbəb həmin ərazidə olan şadlıq saraylarının sayının çoxluğudur: "Həmin ərazidə fəaliyyət göstərən "Cənnət", "Xan bağı", "Xan sarayı", "Madonna", "Milord", "Hissa", "Grace Hall", "Ayla" şadlıq sarayları, "Səhər mehi" və "Kometa" restoranlarında tullantıların miqdarı normadan artıq olub.
Binəqədi rayonunda "Sonalar sonası", "Qızıl tac", "Şahənşah", "Mələk", "Oğuz xan", "Al saray", "Amor", "Röya", Xətai rayonunda "Fəridə", "Elgün", "Neapol", "Movida", "Mirana", "Leyla", "Şəhzadə", Nərimanov rayonunda "Şuşa", "Su sonası" şadlıq sarayları, "Orman", "Xankəndi", "İsa bulağı" restoranları, Sumqayıt şəhərində "Qubadlı", "Dan ulduzu", "Şəhanə", "Tural", "Nurlan" və "Dədə Qorqud", Abşeronda "Qarabağ", "Ülvi", "Səmayə və Sultan", Gəncə şəhərində "Firuzə", "Tural" və "Şəhzadə" şadlıq saraylarıdır".
Nazirlik rəsmisi şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edib. O deyib ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq:
"İstehsalat müəssisələri kimi iaşə obyektlərində də mühafizə zolağı olmalıdır. Hər hansı iaşə obyekti tikildikdə səs-küy normaları, iy-qoxu ilə bağlı mühafizə zolağı olmalıdır. Restoranların ölçüsündən, tutum sayından asılı olaraq bu mühafizə zolaqları müxtəlif ola bilər. Restoranlardakı səs-küylə bağlı da müraciətlər çoxdur. Buna görə də qanunvericilikdə təsbit olundu ki gecə saat 12-dən sonra insanların daha çox cəmləşdiyi yerdə səs-küy salan obyektlərin fəaliyyəti dayandırılsın. Bu da insanların rahatlığının təmin olunması ilə bağlıdır. Məqsədimiz hər hansı tədbirin keçirilməsinə mane olmaq deyil. Biz neqativ halı aşkarlamalı, restorandan ətrafa tüstü buraxıldıqda, yəni manqallar yandırılan zaman tüstünün yolverilən həddə olub-olmadığını müəyyən edə bilirik. Həmin vaxt tüstünün həddi normadan çox olarsa biz onların fəaliyyətini dayandıra bilərik və dayandırmalıyıq".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















