Əbu-Dabidə beynəlxalq neft-qaz məsələləri müzakirə edilib - FOTO

Dünyanın 30 neft-qaz və kimya sənayesinin rəhbərləri enerji sahəsində qarşıda duran zəruri məsələləri müzakirə etmək üçün noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) təşkil etdiyi və aparıcı neft və qaz şirkətlərinin qatıldığı dəyirmi masada bir araya gəliblər.
SOCAR prezidenti Rövnəq Abdullayev dünyanın aparıcı neft və qaz şirkətlərinin qatıldığı dəyirmi masanın işində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
Rövnəq Abdullayev Abu Dabidə keçiriləcək Beynəlxalq Neft Sərgi-Konfransı ərəfəsində - noyabrın 10-da dünyanın aparıcı neft və qaz şirkətlərinin rəhbərləri üçün təşkil etdiyi dəyirmi masanın işində iştirak edib. Dəyirmi masanı giriş sözü ilə ADNOC-un icraçı direktoru Dr. Sultan Əhməd Əl Cabir açıb, tədbirə moderatorluğu isə IHS Markit məlumat xidmətinin sədr müavini alım Dr. Daniel Yergin edib. Dəyirmi masada neft və qaz sənayesinin qarşısında duran əsas çağırışlar – maliyyə investorların, eləcə də yüksək səviyyəli gənc kadrların bu sahəyə cəlb edilməsi müzakirə olunub.
Tədbirdə habelə kiçik tullantılarla enerjiyə artan tələbatın təmin edilməsi, yeni texnologiyaların tətbiqi ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi və digər məsələlər diqqət mərkəzində olub. Bildirilib ki, enerji sahələrinin əsas missiyası dəyişilməz qalır - iqtisadi artım üçün lazım olan enerjini məsuliyyətlə vermək.
Səfər çərçivəsində SOCAR-ın da təmsil olunduğu 22-ci Abu-Dabi Beynəlxalq Neft Sərgi-Konfransı çərçivəsində SOCAR prezidentinin bir sıra tədbirlərdə iştirakı nəzərdə tutulur.
Qeyd edilib ki, forum neft-qaz sahəsinin liderləri üçün platformanı təmin edəcək ki, onlar formalaşdırılan energetika landşaftına təsir edə bilsinlər.
Forumda kiçik tullantılarla enerjiyə artan tələbatın təmin edilməsi, yeni texnologiyaların tətbiqi ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi və digər məsələlər diqqət mərkəzində olub.
Noyabrın 11-də SOCAR prezidenti ADIPEC neft sərgi-konfransının açılış mərasimində iştirak edəcək. Rövnəq Abdullayev SOCAR-ın stendinə baxış keçirərək, habelə bir sıra işgüzar görüşlər keçirəcək. 22-ci Abu-Dabi Beynəlxalq Neft Sərgi-Konfransı 11-14 noyabr 2019-cu il tarixində Abu-Dabi Milli Sərgi Mərkəzində təşkil olunacaq. Sərgi-konfransda 67 ölkəni təmsil edən 2200-dən çox şirkət son məhsullarını, xidmət və texnologiyalarını 135 ölkədən olan 145000-dən çox peşəkar iş adamı, o cümlədən 10400 konfrans iştirakçısına nümayiş olunacaq. Sərgi-konfrans çərçivəsində 160-dan çox müxtəlif formatlı sessiyalar keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
13 d. əvvəl
COP29 sonrası “PAŞA Bank”: Dayanıqlı maliyyələşməyə və yaşıl keçidə dəstək
-
-
40 d. əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
-
1 saat əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
1 saat əvvəl
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb

AYİB manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcək

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır
Ən çox oxunanlar

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

ABŞ hökuməti fəaliyyətini dayandırdı

Qızılın qiymətində daha bir rekord

Azərbaycan neftinin son qiyməti
