15,7 milyard manatı "yedik-içdik"
Ticarət şəbəkəsində orta hesabla bir ölkə sakininin xərclədiyi aylıq məbləğ 14,1 manat artıb.
Dövlət Statistika Komitəsinə görə, 2019-cu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,1 faiz üstələyərək 31,1 milyard manata bərabər olmuşdur.
Ticarət dövriyyəsinin 15 milyard 741,8 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 milyard 381,1 milyon manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-oktyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,7 faiz və 3,4 faiz artmışdır.
Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2018-ci ilin yanvar-oktyabr aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 31 122,9 | 103,1 |
o cümlədən: | ||
ərzaq məhsulları | 14 271,6 | 102,8 |
içkilər və tütün məmulatları | 1 470,2 | 101,6 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 5 686,9 | 103,5 |
elektrik malları və mebellər | 1 898,5 | 102,5 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 248,9 | 102,3 |
əczaçılıq və tibbi mallar | 414,0 | 103,1 |
avtomobil yanacağı | 1 734,7 | 102,0 |
digər qeyri-ərzaq məhsulları | 5 398,1 | 104,0 |
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2019-cu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 21,1 faizi ticarət müəssisələri, 50,2 faizi fərdi sahibkarlar tərəfindən, 28,7 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 28,2 faiz, fərdi sahibkarlar üzrə 1,6 faiz artmış, bazar və yarmarkalarda isə 7,9 faiz azalmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 314,5 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 14,1 manat çox olmuşdur.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 159,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 155,4 manatlıq qeyri-ərzaq məhsulları almışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 16 d. əvvəl
- 22 d. əvvəl
- 23 d. əvvəl
- 56 d. əvvəl
- 57 d. əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI



















