Rabitəbank əmanətləri paytaxtı yaşıllaşdırır!
(®) Rabitəbank “Yaşıl Qazanc” əmanət kampaniyası çərçivəsində, müştərilərinin adına paytaxtda kütləvi ağacların əkilməsi aksiyasına start verdi!
23 noyabr tarixində, Rabitəbank əməkdaşları ilə birgə, “Yaşıl Qazanc” əmanət kampaniyası çərçivəsində, ilk əmanətçilərinin adına Günəşli qəsəbəsində təbiəti qorumaq üçün, kütləvi ağac əkilməsi aksiyası təşkil etmişdir. 300-dən çox ağacın əkilməsində, Rabitəbankın İH sədri Elçin Qədimov, bankın top və orta rəhbər şəxsləri ilə yanaşı, könüllü olaraq aksiyaya qoşulan əmanətçilər iştirak edirdi.
Belə ki, bankın Universal əmanət (depozit) məhsulundan yararlanan müştəriləri, Rabitəbanka əmanət yerləşdirərək, “Yaşıl Qazanc” kampaniyasına əsasən depozit müddətin sonunda 9% ilə yanaşı 3%-dək bonus faizlər əldə edəcək. Həmçinin müştərilər yerləşdirdikləri əmanətin faizlərini aylıq, rüblük və müddətin sonunda əldə edə bilir, faizlərin ödənilməsi üçün MasterCard debit və ya Visa debit plastik kartına tamamən ödənişsiz əldə edir. Rabitəbank müştərilərinin depozitləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur. Bu möhtəşəm və təbiətə sevgi ilə təşkil olunan kampaniya 30 dekabr 2019-cu ilə dək keçərlidir.
Qeyd edək ki, bir neçə gün öncə rebrendinq edən Rabitəbank, yaşıl rəngin 3 ton palitrasının yer aldığı yeni loqo və rahat bankçılıq şüarı ilə, ölkənin bank sahəsində unikal məhsulları və rəqəmsal xidmətləri ilə yeniliklərə öz imzasını atmışdır. Həmçinin bank, kütləvi şəkildə məhsul və xidmətlərində sosial məqamların da yer alınmasına xüsusi diqqət göstərir.
Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitəBot adlı çatbotu ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)






