Ərəblər KOB İnkişaf Fondunda iştirak edə bilərlər
Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə İşçi Qrupunun 4-cü iclası keçirilib.
Qeyd edək ki, İşçi Qrupu Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiya çərçivəsində fəaliyyət göstərir. İşçi Qrupun həmsədrləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanı Baş İnvestisiya Qurumunun (SAGİA) Beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Bədir əl-Müfqainidir.
Azərbaycan və Səudiyyə Ərəbistanının müvafiq qurumlarının iştirakı ilə keçirilmiş iclasda ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən kiçik və orta sahibkarlıq sahəsində inkişafına və İşçi Qrupunun ötən müddətdəki fəaliyyətinə dair məlumat verilib, əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən “Marja”ya daxil olmuş məlumata görə, tədbirdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə, hər iki ölkənin KOB-larının iştirakı ilə birgə tədbirlərin təşkilinə, iqtisadiyyatın müxtəlif sahələri üzrə qarşılıqlı məlumat mübadiləsinə, Səudiyyə Ərəbistanının müvafiq qurumlarının Agentliyin strukturuna daxil olan KOB İnkişaf Fondunda iştirak imkanlarına, qarşılıqlı biznes missiyaların təşkilinə dair müzakirələr aparılıb.
İclasın sonunda Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə İşçi Qrupunun 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi İşçi Qrupun həmsədri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SAGİA-nın sədr müavini İbrahim Al-Suavi imzalayıblar.
İşçi Qrupunun iclası çərçivəsində KOBİA nümayəndə heyəti Səudiyyə Ərəbistanın KOB-lara xidmət və dəstək göstərən bir sıra qurumlarında görüşlər keçirib. Səudiyyə İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, Kiçik və Orta Müəssisələr Baş İdarəsi, Baş İnvestisiya Qurumu (SAGİA), Ər-Riyad Ticarət və Sənaye Palatası və Dövlət İnvestisiya Fondunun rəhbər heyəti ilə təşkil olunmuş görüşlərdə ölkəmizdə KOB sektorunun inkişafı, bu sahədə həyata keçirilən tədbirlər, eləcə də KOBİA-nın fəaliyyəti barədə məlumat verilib.
Görüşlərdə Səudiyyə Ərəbistanının müvafiq qurumları tərəfindən KOBİA-nın fəaliyyətinə, Agentliyin mövcud dəstək mexanizmlərinə və reallaşdırılacaq layihələrə maraq ifadə olunub, əməkdaşlıq imkanları nəzərdən keçirilib. Görüşlərdə müvafiq olaraq hər iki ölkənin KOB-ları arasında səmərəli və məhsuldar əlaqələrin qurulması məqsədilə təcrübə, informasiya və potensial investisiya layihələri mübadiləsinə, Səudiyyə Ərəbistanının müvafiq qurumlarının KOB İnkişaf Fondunda iştirak imkanlarına, birgə müəssisələrin yaradılmasına, KOB-ların iştirakı ilə qarşılıqlı səfərlərin təşkilinə dair müzakirələr aparılıb.
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən maliyyə sektorunda aparılan islahatları yüksək qiymətləndirib, ölkəmizdə maliyyə sektoru üzrə birgə tədbirin keçirilməsinə dair KOBİA nümayəndələri ilə fikir mübadiləsi aparılıb. Səudiyyə Ərəbistanın Kiçik və Orta Müəssisələr Baş İdarəsi ilə təşkil olunmuş görüşdə təcrübə mübadiləsi və texniki dəstək kimi məsələlərin öz əksini tapacağı birgə tədbirlərə dair yol xəritəsinin hazırlanması barədə razılıq əldə edilib. SAGİA və KOBİA nümayəndələri arasında təşkil olunmuş görüşdə Müştərək Komissiya və İşçi Qrupu çərçivəsində mövcud əməkdaşlıq müsbət qiymətləndirilib, biznes forumun keçirilməsi, hər iki ölkənin KOB-larının iştirakı ilə Biznes Şurasının yaradılması müzakirə olunub. Ər-Riyad Ticarət və Sənaye Palatası ilə görüşdə isə KOB-ların iştirakı ilə qarşılıqlı səfərlərin keçirilməsi, ölkəmizdə və Səudiyyə Ərəbistanında təşkil olunacaq sərgilərdə KOB-ların iştirakı və belə formatda digər tədbirlərin təşkili imkanları nəzərdən keçirilib.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
2 d. əvvəl
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
- 35 d. əvvəl
-
-
44 d. əvvəl
Hökumətdən "Sea Breeze Resort" üçün qərar - 55 hektar torpaq sahəsi ayrıldı
-
1 saat əvvəl
Bankların əldə etdikləri xalis mənfəət/xalis zərər məbləğinə görə SİYAHISI
-
1 saat əvvəl
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
-
2 saat əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
2 saat əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Bank 23-cü filialını Zaqatalada açdı
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Ən çox oxunanlar
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
"PAŞA Bank" səhmlərinə sahib olun!
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb





.jpg)








.jpg)







