Özəlləşdirilən səhmdar cəmiyyətinin fəaliyyətinə xitam verilir
İnvestisiya müsabiqəsi yolu ilə özəlləşdirilən və “Az Varvara” MMC tərəfindən alınmış “Varvara balıq” ASC ləğv edilir.
“Marja” “Varvara balıq” ASC-nin sədrinə istinadən xəbər verir ki, 27 yanvar 2020-ci il tarixində Yevlax rayonu, Varvara kəndində yerləşən inzibati binada “Varvara balıq” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Ümumi yığıncağın gündəliyinə “Varvara balıq” ASC-nin “Az Varvara” MMC-yə qoşulması, “Varvara balıq” ASC-nin “Az Varvara” MMC-yə qoşulması ilə bağlı qoşulmanın dövlət qeydiyyatına alındığı tarixdən “Varvara balıq” ASC-nin fəaliyyətinə xitam verilərək təhvil aktı üzrə bütün hüquq və vəzifələrinin “Az Varvara” MMC-yə keçməsi məsələləri daxildir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən cari ilin 12 aprel tarixində “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “Varvara Balıq” ASC-nin səhmlərinin 100 %-nin satışı üzrə investisiya müsabiqəsi elan edilmişdi.
Müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim olunub. Təkliflərə baxıldıqdan sonra açıq səsvermə yolu ilə “Az Varvara” Məhdud Məsuliyyətli Cəmiyyəti “Varvara Balıq” ASC-nin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.
Qalib şirkət müəssisənin müasir texnologiyalar əsasında yenidən qurulması üçün 12 milyon manat investisiya yatıracağı, həmçinin dövlət büdcəsinə 1 milyon 250 min manat məbləğində pul vəsaitini köçürəcəyi bildirilmişdi. Müəssisədə bölgə, nərə, uzunburun kimi az sayda olan balıqların yetişdirilməsi planlaşdırılır.
1956-cı ildə yaradılmış, Yevlax rayonu, Varvara kəndində yerləşən “Varvara Balıq” müəssisəsi balıqartırma və balıqyetişdirmə ilə məşğul olur.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 7 d. əvvəl
- 40 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
2 BOKT-ın vəzifəli şəxsi cərimələnib
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
Rəsmi məzənnələr açıqlandı
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu









.jpg)










