Zabrat-Pirşağı yolunda və Hovsanda yaşayış məhəllələri tikiləcək - 60 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR
Bakı şəhərinin Maştağa və Hovsan qəsəbələri ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yeni yaşayış məhəllələri tikiləcək.
“Marja” Dekabrın 27-də “Dövlət satınalmalarının vahid elektron portalı”nda dərc edilmiş məlumata istinadən xəbər verir ki, zəruri sosial-texniki infrastrukturu olan 576 ailəlik yeni yaşayış məhəlləsi Zabrat-Pirşağı yolunun 3-cü km-də salınacaq.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “ArchiCO” MMC ilə müqavilə imzalayıb. Məbləği 212 min manat olan müqaviləyə əsasən, MMC yeni yaşayış məhəlləsini layihələndirəcək.
13 BİNA TİKİLƏCƏK
Digər bir müqavilə “Bakı Abadlıq Xidməti” ММC ilə bağlanıb. Məbləği 38 milyon 935 min manat olan müqavilə, Zabrat-Pirşağı yolu, 3-cü km, 1-ci küçə, 9 ünvanında 2.76 ha ərazidə 4 ədəd 9 mərtəbəli 54 mənzilli, 8 ədəd 9 mərtəbəli 45 mənzilli binaların, inzibati bina, 100 yerlik uşaq bağçasının tikintisi və abadlıq işlərini nəzərdə tutur.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Bakı Abadlıq Xidməti” ММC ilə məbləği 20 milyon 521 min manat olan müqavilə də imzalayıb. Bu müqavilə, Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Hövsan qəsəbəsində zəruri sosial-texniki infrastrukturu olan 270 ailəlik yeni yaşayış məhəlləsində 6 ədəd 9 mərtəbəli 45 mənzilli binaların, 100 yerlik uşaq bağçasının tikintisini və abadlıq işlərini nəzərdə tutur.
İmzalanmış 3 müqavilənin məbləği 59 milyon 668 min manatdır.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 35 d. əvvəl
- 38 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 2 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolların üzərində qalmaqda davam edir
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Ən çox oxunanlar
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb








.jpg)











