"Pulun tarazlıq qiymətinin tapılmasına ehtiyac var"
Azərbaycanda maliyyə sektoru ilə real sektorun arasında pulun tarazlıq qiymətinin tapılmasına dair çağırışlar mövcuddur.
Bunu Bakıda Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı ilə "Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar" mövzusunda keçirilən konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, bu gün banklar maliyyə resurslarını bacardıqca yüksək qiymət satmağa, sahibkarlar isə bacardıqca ucuz almağa çalışır: “Ortaq məxrəc olmadığı üçün bankların resurslarının bir hissəsi istifadəsiz qalıb, iş adamları isə istədikləri qədər kredit ala bilmirlər. Bu, həm də yığım və investisiyalar arasında tarazlığın pozulmasına səbəb olub”.
V.Qasımlı qeyd edib ki, “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin qəbulu və tətbiqi Azərbaycanda, xüsusilə də bölgələrdə sahibkarların kredit resurslarına çıxış imkanlarını genişləndirəcək: “Bu yenilik maliyyə xidmətlərinin bütün spektrlər üzrə inkişafını təmin edə bilər. Rəhbərlik etdiyim qurum məsələ ilə bağlı müzakirələrə həmişə hazırdır”.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























