Azərbaycanın hava limanlarından yeni rekord
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, Azərbaycanın beynəlxalq hava limanlarında xidmət göstərilən sərnişinlərin sayına görə yeni rekord müəyyənləşdirilmişdir. Ümumilikdə, 2019-cu ildə sərnişin dövriyyəsi 5,56 milyon nəfər təşkil etmişdir.
Paytaxt hava limanı – Heydər Əliyev Beynəlxalq Aeroportu həmçinin yeni rekorda imza ataraq 4,73 milyon sərnişinə xidmət göstərmişdir ki, bu da 2018-ci ilin göstəricisindən 7% çoxdur.
Sərnişin sayının artımı həmçinin Naxçıvan (646 min sərnişin, ötən ilin göstərisindən 1,5% faiz çox), Gəncə (154 min, 10% artım) və Lənkəranın (18 min sərnişin, 2018-ci ilin göstəricisindən 14,5% çox) hava limanlarında müşahidə olunmuşdur.
2019-cu il ərzində paytaxt hava limanının baza aviadaşıyıcıları – AZAL və “Buta Airways” müvafiq olaraq 2 milyon və 602 min sərnişin daşımışdırlar.
Ümumilikdə, beynəlxalq uçuşlarda 4,1 milyon sərnişinə xidmət göstərilmişdir. Sərnişin dövriyyəsi üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı “Türk Hava Yolları” (Türkiyə, 492 min sərnişin), “FlyDubai” (BƏƏ, 237 min), “Aeroflot” (Rusiya, 193 min), “AirArabia” (BƏƏ, 169 min), “UIA” (Ukrayna, 124 min), “Qatar Airways” (Qətər, 106 min), “Lufthansa” (Almaniya, 66 min) və “SCAT” (Qazaxıstan, 62 min) daxil olmuşdur.
2019-cu il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 37 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirmişdir.
Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
4 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
4 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
5 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
Ən çox oxunanlar
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib























