Fermerlər heyvandarlıq subsidiyalarını da SİS vasitəsilə alacaqlar
Fermerlər heyvandarlıq sahəsində də subsidiyaları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi - Subsidiya İnformasiya Sistemi (EKTİS-SİS) vasitəsilə alacaqlar.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, artıq bu ilin yanvarın 1-dən etibarən yerli heyvanların süni mayalandırılması nəticəsində doğulan hər bir sağlam buzova görə fermerlər subsidiya almaq üçün müvafiq məlumatları sistemə daxil etməli və subsidiya üçün müraciət etməlidirlər. Bunun üçün fermerlərə sistemdə onlara ən yaxın məsafədə faəliyyət göstərən Süni Mayalanma Mütəxəssisi (SMM) barədə məlumatlar təqdim olunur. Fermer süni mayalanmasını istədiyi heyvanını və eyni zamanda süni mayalanma nəticəsində doğulan buzovu sistemdə qeydiyyatdan keçirir. Fermer heyvanı süni mayalandırmaq məqsədilə süni mayalandırma mütəxəssisi ilə əlaqə saxlayır, heyvanı barədə məlumatı verir, şərtlərdə şifahi razılaşma olduqda ünvanını bildirərək mayalanma üçün gəliş vaxtı dəqiqləşdirilir. Süni mayalandırma aparıldıqdan və buzov dünyaya gəldikdən sonra onun sağlamlığı barədə məlumatlar Aqrar Xidmətlər Agentliyinin baytar mütəxəssisləri tərəfindən sistemdə təsdiq edildikdən və müfaviq monitorinqlər həyata keçirildikdən sonra subsidiya məbləği Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən fermerin hesabına köçürüləcək. Bu subsidiya növü üzrə xidmətin inzibati reqlamenti https://www.dxr.az/xidmet/01DB9685-C78F-489D-BBB9-CB0385324D1C/23A0CB12-5A60-C311-BF0D-6C3BE51E53F1 ünvanında vətəndaşların diqqətinə təqdim edilib.
Qeyd edək ki, süni mayalanma mütəxəssisi olmaq, heyvanların keyfiyyətli toxumlarla süni mayalanmasını həyata keçirmək istəyən şəxslər dəstək üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə bilərlər.
Növbəti aylarda bitkiçilik sahəsində toxumçu fermerlərə verilən toxum subsidiyası və heyvandarlıq sahəsində verilən digər subsidiya növləri (arı, barama) üzrə sahəvi fermerlər ilə aparılan iş və elektron xidmətin fəaliyyətə başlaması ilə bağlı ictimaiyyətə məlumat təqdim ediləcək.
Xatırladaq ki, heyvan subsidiyası yerli heyvanların süni mayalanma nəticəsində doğulan hər bir sağlam buzova görə 100 manat müəyyənləşdirilib. Arı subsidiyası arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə hər təqvim ilində 10 manat məbləğində müəyyən edilir və 2023-cü ilədək verilir. Bundan başqa, barama istehsalçısı olan fermerlərə istehsal edilib tədarükçüyə təhvil verilən yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində barama subsidiyası verilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
10 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi










.jpg)





.jpg)


