"Bizim Market" AQTA-nı günahlandıra bilməz" - SƏDRDƏN AÇIQLAMA
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli "Bizim Market" Məhdud Məsuliyyətli Cəmiyyətdə 12 ton saxta kərə yağının aşkarlanmasına münasibət bildirib.
Sədr jurnalistlərə açıqlamasında bunun cinayət faktı olduğunu deyib.
O bildirib ki, hazırda bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olurlar:
''Yoxlama zamanı marketlərdə “Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb. Həmin əmtəə nişanı altında ümumiyyətlə kərə yağı yoxdur. Ekspertizanın nəticəsi onu göstərdi ki, həmin yağ kərə yağı deyil. Bu cür faktların aşkarlanması üçün sahibkarlar məsuliyyətli olmalıdırlar".
Sədr "Bizim Market"in Qida Təhlüksəzilik Agentliyi adından verilən sertifikatın doğru və ya saxta olduğunu yoxlamaq üçün isə bu gün heç bir vasitə olmadığı iddiasından da danışıb.
O bildirib ki, market bu məsələdə AQTA-nı günahlandıra bilməz:
"Hər hansı bir cinayətkar sertifikatı elektron tətbiq vasitələrindən istifadə edərək, saxtalaşdırıbsa, həmin saxta yağı qablaşdırıb ticarət şəbəkəsinə veribsə, bunun AQTA ilə nə əlaqəsi var? Bizim saytda şirkətlərin reyestri var və biz həmin şirkətlərin Azərbaycana idxal olunan məhsullar barədə məlumat veririk. Hər hansı bir ticarət şəbəkəsi bununla maraqlansa, o zaman bilər ki, saxta mal var, ya yoxdur. Biz bu faktla bağlı "Bizim Market"i günahlandırmamaışıq. Açıqlamamızda da bildirdik ki, burada sırf cinayət qrupa iştirak edib və SN Qida Təchizat” MMC tərəfindən təqdim olunan Qida Təhlükəsizliyi sertifikatı (“İdxalçı müəssisənin adı və ünvanı”, “göndərən müəssisənin adı və ünvanı”, “mənşə ölkəsi”, “yüklənmə yeri”, “istehsalçının adı və ünvanı bölmələri”) saxtalaşdırılıb".
HƏMÇİNİN OXU: ""Bizim Market" də aldadılıb" - AÇIQLAMA
HƏMÇİNİN OXU:Azərbaycanda satılan "kərə yağına" Belarus şirkəti sahib çıxmadı - BÖYÜK SAXTAKARLIQ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















