“Bank Respublika”nın sosial layihəsi daha bir mükafat qazanıb
® Ötən il çoxsaylı xeyirxah sosial layihələr həyata keçirən Bank Respublika, Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ölkəmizdə ikinci dəfə olaraq keçirilən “Milli KSM Mükafatı 2019″ müsabiqəsinin yenidən qalibi seçilib.
Müsabiqədə 2019-cu ildə həyata keçirilən 50-dən çox sosial layihə iştirak edirdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi, Gənclər Təşkilatları Milli Şurası, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Asan Xidmət, CSR Europe, CSR Turkey, PROAKTIV PR Agentliyi və bır sıra qeyri-hökumət və özəl təşkilatların təmsil olunduğu Münsiflər Heyəti “Bank Respublika”nın fiziki məhdud uşaqlar üçün həyata keçirdiyi “Mən də bacararam!” layihəsini “Milli KSM” mükafatına layiq görüb.
Qeyd edək ki, Bankın layihəsi BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədlərinə daxil olan “Layiqli əmək və iqtisadi artım məqsədi” nominasiya üzrə seçilib.
Belə ki, 1 ay davam edən layihə çərçivəsində Bank tərəfindən fiziki məhdud uşaqlar üçün əl işləri üzrə təlimlər təşkil olunub. Təcrübəli müəllim və psixoloqlar tərəfindən aparılan təlimlərdə uşaqlar müxtəlif əl işləri sənətinə yiylənərək gözəl işlər ərsəyə gətirib. Layihənin sonunda, Bankın Baş ofisində uşaqların hazırladıqları əl işlərinin satış sərgisi keçirilib. Sərgi bankın əməkdaşları və müştəriləri tərəfindən böyük maraqla qarşılanıb və qısa bir müddətdə uşaqlar tərəfindən hazırlanan əl işləri satın alınıb.
Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasəti Bank Respublika üçün prioritet təşkil edən sahələrdən biridir və Bank, bundan sonra da müxtəlif sosial layihələr həyata keçirərək, cəmiyyətə faydalı olmağa davam edəcək.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 d. əvvəl
-
- 24 d. əvvəl
-
46 d. əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
47 d. əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cəbrayıl və Füzuli rayonlarında yanğın - sərhəd boyunca genişlənməyə davam edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞƏ BİLƏR
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
Dövlət Xidmətinin şirkəti ləğv olunur
























