NEQSOL Holding-ə daxil olan şirkət 500 milyon dollarlıq istiqrazlar yerləşdirib
Şirkət ilk istiqrazlarını aşağı faizlə yerləşdirib.
NEQSOL Holding-ə daxil olan Ukraynada ikinci böyük mobil rabitə operatoru “Vodafone Ukrayna” beynəlxalq kapital bazarlarında 6,2% dərəcəsi ilə 500 milyon ABŞ dolları məbləğində 5 illik müddətə avroistiqrazlarının yerləşdirməsini uğurla həyata keçirib.
Bu barədə “Marja”ya NEQSOL Holding-dən bildirilib.
Qeyd edilib ki, yerləşdirmə 500 milyon ABŞ dolları məbləğində nəzərdə tutulsa da, beynəlxalq kapital bazarı iştirakçıları tərəfindən yüksək etimadın göstəricisi olaraq 3 milyard ABŞ dollarına yaxın məbləğdə istiqrazlara tələb olub. “Vodafone Ukrayna” şirkətinin korporativ reytinqlərinə uyğun olaraq istiqrazlara “S&P” tərəfindən “B” və “Fitch” tərəfindən “B” reytinqlərinin veriləcəyi gözlənilir.
İstiqrazların 6.2% illik dərəcəsi Ukraynadan olan korporativ emitentlər arasında ABŞ dollarında ən aşağı faiz dərəcəsini əks etdirir. Emissiya məbləği Ukraynadan olan korporativ emitentlər arasında ən iri debüt yerləşdirmə məbləğinə bərabərdir.
“İstiqrazların yerləşdirilməsi NEQSOL Holding-in və Vodafone Ukrayna şirkətinin inkişaf strategiyasına uyğundur. Yerləşdirilmə zamanı Ukraynadan olan korporativ emitentlər arasında ən aşağı qiymətə nail olmuşuq. Mən bütün komanda üzvlərini və tərəfdaşları bu mühüm nailiyyətlə təbrik edirəm,” - deyərək NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov bildirib.
“Ən aşağı qiymətlə böyük məbləğdə istiqrazların yerləşdirilməsini NEQSOL Holding-in yüksək beynəlxalq maliyyə, komplayens və şəffaflıq standartlarına uyğun fəaliyyətinin göstəricisi hesab edirik. Bunu fəaliyyətimizə artan inamın və marağın pozitiv göstəricisi kimi qəbul edirik. Düşünürəm ki, bu Azərbaycan və Ukrayna şirkətlərinin beynəlxalq kapital bazarlarında nüfuzunun artması baxımından böyük uğurdur,” - deyərək Yusif Cabbarov əlavə edib.
“İstiqrazların yerləşdirilməsi münasib şərtlərlə 5-illik müddətə planlanıb. İstiqrazların qiymətini və məbləğini bizim güclü mövqeyimizi təsdiqləyən göstərici hesab edirik. Bu yalnız Vodafone Ukrayna şirkəti üçün deyil, bütün Ukrayna bazarı üçün mühüm nailiyyətdir,” - Vodafone Ukrayna şirkətinin Baş Direktoru Olqa Ustinova bildirib.
“Vodafone Ukrayna” şirkətinin maliyyələşdirilməsi məqsədi ilə qiymətli kağızların emitenti qismində VFU Funding PLC çıxış edib. Avroistiqrazlar İrlandiya Fond Birjasında Euronext Dublin kotirovka siyahısına daxil ediləcək.
Vodafone Ukrayna şirkəti əldə edilən vəsaiti daha əvvəlki kreditin ödənişi, qalan hissəsini isə digər ümumi korporativ məqsədlərə istifadə edəcək.
J.P. Morgan, yeganə qlobal koordinator və yerləşdirmənin birgə təşkilatçısı, Raiffeisen Bank İnternational yerləşdirmənin birgə lead-meneceri və birgə təşkilatçısı, və Dragon Capital və ICBC Standard Bank yerləşdirmənin birgə lead-menecerləri qismində çıxış ediblər.
NEQSOL Holdinq müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərir. Holdinqin əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi aiddir. Holdinqə daxil şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Qazaxıstan, BƏƏ və digər ölkələri əhatə edir. NEQSOL Holding fəaliyyətində beynəlxalq maliyyə və komplayens standartlarını əsas tutur və beynəlxalq səviyyədə əldə etdiyi müxtəlif uğurlar bunu əks etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 2 d. əvvəl
-
- 22 d. əvvəl
- 38 d. əvvəl
-
39 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
50 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Bank sektorunda təmərküzləşmə azalıb
Ən çox oxunanlar
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol















.jpg)





