Bakı Dövlət Universiteti lüks avtomobil aldı
Bakı Dövlət Universiteti “Subaru Azərbaycan” şirkətindən 1 ədəd avtomobil alıb.
“Marja” xəbər verir ki, Bakı Dövlət Universiteti “Subaru Azərbaycan” MMC ilə müqavilə bağlayıb. Məbləği 124 min 500 manat olan müqavilə “Nəqliyyat vasitəsinin satın alınmasını"n nəzərdə tutur.
Satınalma haqqında əlavə məlumatda bildirilir ki, alınan avtomobil 2020-ci istehsalıdır və sedandır.
Açıqlamaya görə, 3,5 litr mühərrikli və qara rəngli avtomobil dəri oturacaqlara, avtomatik oturacaq tənzimlənməsinə, ABS, EBD təhlükəsizlik sistemlərinə, panorama lyuka, arxa görüntülü kamerasına, ön və arxa oturacaqların qızdırılması sisteminə və s. malikdir.
"Marja"nın rəsmi satış mərkəzindən əldə etdiyi məlumata görə, hazırda Azərbaycanda 124 min 500 manata Subaru avtomobili yoxdur, qiymətlər 100 min maantdan aşağıdır.
Azərbaycanda 5 avtomobil markasını (Toyota, Mazda, Honda, Subaru, Mitsubishi) təmsil edən "Group Motors" şirkətlər qrupu Bakı Dövlət Universitetinin tenderinə “Subaru Azərbaycan” şirkəti vasitəsilə qatılıb. Universitetin əldə etdiyi avtomobil Toyota Avalon modelidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























