"Qış mövsümü mülayim keçdiyinə görə arılar yuxuya getməyib"
Arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amillərdən biri erkən yaz dövründə arı ailələrinə qulluğun düzgün aparılmasıdır. Arıçıların arı pətəklərində görəcəyi işlər bol məhsulun əldə olunması baxımından əhəmiyyətlidir.
Yaz ərəfəsində Aran bölgəsində arıçılıq təsərrüfatlarında canlanma müşahidə edilir. Hazırda bal arıları qüvvələrini artırmaq üçün balavermə dövrünə qədəm qoyub.
Saatlıdan olan təcrübəli arıçı Ehtiram Məmmədov bildirib ki, arıların yaz mövsümünə sağlam başlaması üçün hazırda yeşiklərə ötən ildən qalan bal əlavə edilir. Qış mövsümü mülayim keçdiyinə görə arılar yuxuya getməyib. Yeşiklərdə ehtiyat kimi yığılan bal aktiv dövr keçirdiyi üçün arılar tərəfindən daha tez mənimsənilib. İndi arılara qida olaraq verilən bal əvvəlcə su qazanında isidilir, daha sonra selofan torbalara yığılaraq qida az olan yeşiklərə qoyulur. Bu bal arılar üçün qida olmaqla yanaşı, həm də müalicəvi xarakter daşıyır.
Arıçının sözlərinə görə, qış nə qədər sərt keçərsə, bal arıları yaza bir o qədər güclü çıxar. Çünki şaxtalı havalarda arılar yeşikdə yumaq şəklində bir araya toplaşaraq istilik yaradır və qış yuxusuna gedərək qidadan az istifadə edirlər. Yaz öncəsi aktivləşməyə başlayan arılar həmin qidadan bəslənərək bala vermə dövrünə qədəm qoyur. Təsərrüfat sahibi deyir ki, qışın mülayim keçməsinin arılara mənfi təsir göstərməsinə baxmayaraq, yeşiklərdə bala vermə prosesi normaldır. Lakin qida azaldığı üçün hazırda arıçılar tərəfindən yeşiklərə əlavə bal yerləşdirilir. Bir neçə gündən sonra yumurtadan çıxacaq bal arılarının ilk işi yeşikdə müəyyən vəzifələri yerinə yetirməkdən ibarət olacaq. Daha sonra yaz gəldikdə işlər ana arı tərəfindən arılar arasında bölünəcək.
Ehtiram Məmmədov söyləyir ki, bal arıları öz aralarında müxtəlif işlərə bölünür. Hətta qapıda dayanan keşikçi arılar olur ki, onlar da işləyən arılara nəzarət edir.
Qeyd edək ki, yaz ərəfəsində işə başlayan arılar mövsüm boyu özlərinə qış azuqəsi yığmaqla yanaşı, sahibləri üçün də bal məhsulu toplayacaqlar. Bu proses payızadək davam edəcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
10 d. əvvəl
Click to Pay with Visa — Epoint-də onlayn checkout üçün yeni standart
-
22 d. əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
-
2 saat əvvəl
PAŞA Bank 31-ci “Baku Energy Week” tədbirinin əsas bank tərəfdaşı qismində çıxış edir
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN
Neft ABŞ-ın yeni hərbi hücumları ilə bahalaşıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək






.jpg)
.jpg)






.jpg)






