Ən yuxarı (mobil)_30

Astara gömrük məntəqəsindən keçənlərin sayı 70% azaldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Astara gömrük məntəqəsindən keçənlərin sayı 70% azaldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İranla Azərbaycan arasında Astara sərhəd-gömrük keçid məntəqəsindən keçənlərin sayı 70% azalıb.

 

Reklam_3_11

Məlumatıa görə, buna Xarici İşlər Nazirliyinin ölkə vətəndaşlarına zərurət olmadıqca qonşu ölkəyə səfərlərin təxirə salınması ilə əlaqədar etdiyi xəbərdarlıq səbəb olub. 

 

Hazırda Astara postu gücləndirilmiş rejimdə işləyir. Koronavirus təhlükəsinə qarşı profilaktik tədbirlər və dezinfeksiya işləri ən yüksək səviyyədə həyata keçirilir.

 

Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Aslan Paşayevin sözlərinə görə, Mərkəzi Gömrük Hospitalının həkim briqadası 24 saat müddətində çalışır. Beynəlxalq yükdaşımalar normal şəkildə həyata keçirilir. Yük avtomaşınları stasionar qurğudan keçərək dezinfeksiya olunur. Vətəndaşların sağlamlığı baxımından qısa fasilələr olur. Havalandırma aparılır.

 

© Report

24.02.2020 13:10
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar