22 min işsizin kiçik biznes qurmasına 100 milyon dollar xərclənəcək
Bu ildən icra olunacaq layihə 2020-2025-ci illərdə ölkəmizdə əlavə 22 min şəxsin özünüməşğulluq proqramı üzrə kiçik biznesə çıxışına dəstək verəcək
Dünya Bankının Direktorlar Şurası ölkəmizdə özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilməsinə, həmçinin məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsinə dəstək məqsədi daşıyan “Azərbaycanda məşğulluğa dəstək layihəsi”ni təsdiq edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının müvafiq missiyası ilə bir sıra görüşlər keçirilərək müzakirələr aparılıb. “Azərbaycanda məşğulluğa dəstək layihəsi”nin birgə icrası üzrə görüləcək işlər müəyyən olunub.
Nazirlikdən Marja-ya daxil olmuş məlumata görə, təsdiq edilən layihənin əsas məqsədi ən yaxşı təcrübələr əsasında özünüməşğulluq proqramının genişləndirilməsi, işsiz şəxslərin Dünya Bankının vəsaitləri hesabına özünüməşğulluğa cəlb edilərək onların formal əmək bazarına və layiqli məşğulluğa çıxışına şərait yaradılmasıdır.
Proqramın əhatə dairəsi və səmərəliliyinin artırılması ilə yanaşı, layihənin tərkib hissələrinə proqram çərçivəsində göstərilən dəstəyin miqyasının genişləndirilməsi, məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi, o cümlədən Nazirliyin peşə təhsil müəssisələri ilə bağlı strategiyanın hazırlanması və s. daxildir.
Məbləği 100 milyon ABŞ dolları olan və 2020-2025-ci illəri əhatə edəcək layihə həmin dövrdə ölkəmizdə əlavə olaraq 22 min işsiz şəxsin qeyri-kənd təsərrüfatı sektoru istiqaməti üzrə özünüməşğulluq proqramına cəlb olunmasını və onların kiçik biznesə çıxışını təmin etməyi nəzərdə tutur.
Dünya Bankı və Azərbaycan Hökuməti adından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kredit sazişi imzalandıqdan sonra layihənin bu ilin ortalarından icrasına başlanması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
27 d. əvvəl
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
-
- 29 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
2 saat əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
3 saat əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"CFI Financial Group" Azərbaycandakı törəməsindəki payını azaldıb
Milli Məclis təklifi qəbul etdi - Ödənişli yollarda maksimum sürət həddi müəyyənləşdi
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Ən çox oxunanlar
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
Azərbaycan neftinin son qiyməti
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
























