Karantin tələblərini pozan obyektlərin fəaliyyəti dayandırılıb
Koronovirus (COVID-19) pandemiyasınin Azərbaycanda yayılmasının qarşısının alınması məqsədi ilə Bakı şəhərində həyata keçirilən genişmiqyaslı tibbi-profilaktiki, dezinfeksiyaedici və digər qabaqlayıcı kompleks tədbirlər davam etdirilir. Bu istiqamətdə görülən işlər çərçivəsində əhalinin qida təhlükəsizliyi məsələlərinə də xüsusi diqqət yetirilir.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Marja-ya bildirilib ki, görülən işlərə, keçirilən tədbirlərə və geniş maarifləndirmə işlərinə baxmayaraq öz şəxsi mənafe və qazanclarını minlərlə insanın sağlamlığından üstün tutan bəzi işbazlar bu gün də antisanitar, insanların sağlamlığı üçün təhlükəli şəraitdə qida məhsullarının hazırlanması, o cümlədən ət kəsimi və satışı ilə məşğul olurlar:
"Sağlamlığımız üçün təhlükəli olan belə halların qarşısının alınması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərərəfindən qəti və təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.
Məsələnin ciddiliyi nəzərə alınaraq Bakı Şəhər Ticarət və Xidmət Departamenti, paytaxtın Rayon İcra Hakimiyyətləri, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarınin və hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə paytaxtın müxtəlif rayonlarında antisanitar vəziyyətdə olan ət kəsimi və digər qida satışı məntəqələrinin yerlərinin müəyyən edilməsi məqsədi ilə reydlər keçirilib. Reydlər nəticəsində bir sıra nöqsanlar aşkarlanıb və müvafiq qaydada tədbirlər görülür.
Belə ki, Bakının müxtəlif rayonlarında keçirilən reydlər zamanı Ceyhun Hacıbəyli, Mirmahmud Kazımovski, Yusif Vəzirov, Qədir Məmmədov və digər ünvanlarda sanitar qaydaları pozan, karantin tələblərinə əməl etməyən ət kəsimi yerləri müəyyənləşdirildi. Həmin obyektlərin fəaliyyəti dayandırıldı, bəzi məntəqələrin yerləşdiyi yikililər söküldü, istifadə edilən dəmir asqı vasitələri kəsildi, ətraf ərazi dezinfeksiya edildi.
Bu reydlər mütamadı olaraq paytaxtın bütün rayonlarında keçiriləcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




