“Avtolüks Azərbaycan” şirkəti onlayn satışlara start verdi
(®️) Avtomobil bazarının aparıcı şirkətlərindən olan “Avtolüks Azərbaycan” karantin rejimi dönəmində avtomobil almaq arzusunda olan vətəndaşların təhlükəsizliyini düşünərək onlara evdən çıxmadan avtomobilə sahib olmaq imkanı verən onlayn satışlara start verib.
Bundan ötrü əvvəlcə şirkətin rəsmi nümayəndəsi olduğu brendlərin rəsmi saytlarında, social media səhifələrində (Facebook və Instagram) yerləşdirilmiş xüsusi sorğu formasını doldurmaq lazımdır. Daha sonra peşəkar satış məsləhətçiləri avtomobil almaq niyyəti ilə müraciət edənlərə zəng edir, onlayn imkanlar hesabına onlara maraqlarına və ehtiyaclarına uyğun avtomobil seçməkdə yardımçı olurlar.
Müştəri alış qərarını verdikdən sonra elektron formada zəruri sənədləşmə işləri yerinə yetirilir. Müştərinin ödəniş edərək əldə etdiyi avtomobil evakuatorla yaşadığı ünvana çatdırılır və ona təhvil verilir. Şirkətdən verilən məlumata görə, onlayn satışa maraq kifayət qədər yüksəkdir. Artıq onlayn yolla satılan ilk avtomobil - Range Rover modeli sahibinə təhvil verilib. Marağı artıran digər amillər şirkətin müştərilərə təklif etdiyi endirimli qiymətlər və 20%-dən başlayan ilkin ödəniş, 12% illik bank faizi olmaqla 4 ilədək sərfəli kredit imkanıdır.
Evdən çıxmadan arzuladığı avtomobilə sahib olmaq istəyən hər kəs aşağıda qeyd olunan linklərə keçid etməklə bu fürsətlərdən faydalana bilər.
Land Rover - https://docs.google.com/forms/d/e/1FAIpQLSdzU-DdHxm1hY_nAHybex5xDyX9JnfacEyobVlPVcWnwnrA8A/viewform
Jaguar - https://docs.google.com/forms/d/e/1FAIpQLSegVDE4w-5CFMhXvmuATqVyWwrf-CYkeGN77R3hlcJS9as-2g/viewform
Jeep - https://docs.google.com/forms/d/e/1FAIpQLSdkZQAc4wlCyLfepVxH0KwWblHuU-n5wx8xREW7FG8oy5JUxQ/viewform
Alfa Romeo - https://docs.google.com/forms/d/e/1FAIpQLSfHtSqJ2e5Qn7I2Y-H8yR4sA6xosIxHPK_5uPiHzboB8sltPQ/viewform
Fiat - https://docs.google.com/forms/d/e/1FAIpQLScIBTZlhcC7HugwFRWY95yBkU7GXGuFdgdOEgkmdztfWuQJPQ/viewform
Dodge - https://docs.google.com/forms/d/e/1FAIpQLScYe685MrDsmIPlWf9l4dTqYso4ca9HRVq_SrZQ_uTuaeoKcw/viewform
Qeyd edək ki, ölkədə tətbiq olunan karantin rejiminin tələblərinə uyğun olaraq “Avtolüks Azərbaycan” MMC-nin bütün satış mərkəzləri müvəqqəti olaraq qapalıdır, texniki xidmət mərkəzləri isə bazar ertəsi – şənbə, saat 10:00-16:00 aralığında fəaliyyət göstərir. Xidmət mərkəzlərinə gələ bilməyən müştərilər üçün isə Səyyar Servis Xidməti mövcuddur.
Əlavə məlumat üçün 055 983 0 983 / 055 214 19 49 nömrələrinə zəng edin və ya [email protected] elektron ünvanına yazın.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
15 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





