“Azərsun Holdinq”dən “çəki” açıqlaması
Bir sıra saytların yazdığına görə, “Azərsun Holdinq” qiymətlər ilə bərabər çəkini də azaldıb, yəni faktiki olaraq qiymətlər enməyib. Əvvəllər tomat pastası bankaları 720 qr idi, sonra 680 qr, indi isə 620 qr. edilib.
Məsələ ilə bağlı “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan “Marja”ya bildirdi ki, çəki ilə qiymət mütənasib azaldılıb:
“Biz belə bir şey etməmişik. Düzdür, daha az çəkili qablaşdırmada məhsulların istehsalına başlamışıq. Çəkini nə qədər azaltmışıqsa, qiymət də o qədər azaldılıb. Tomat məhsulunun banklarının dəyişdirilməsi bankaları istehsal edən müəssisənin qəlblərini dəyişməsidir. Biz tara istehsalçısı ilə uyğunlaşmağa məcburuq”.
Mətbuatın yazdığına görə, “Azərsun” bütün məhsullarının qiymətlərini endirib. Savaş Uzan deyir ki, bu da səhvdir:
“Biz şəkər tozu və duru yağ məhsullarımızın qiymətlərini aşağı saldığımızı bəyan etmişik. Tomat məhsullarının qiymətlərinə endirim etdiyimiz barədə məlumat yaymamışıq”.
Xəbər verdiyimiz, Azərbaycanda ən böyük qida məhsulları istehsalsalçılarından biri olan “Azərsun Holdinq” bir neçə əsas ərzaq məhsullarının qiymətlərini aşağı salıb.
“Ton hesabı ilə, şəkər tozuna 60 manat, günəbaxan yağına 150 manat, qarağıdalı yağına isə 250 manat endirim edilib. Nəticədə, şəkər tozunun kiloqramının qiyməti 6 qəpik, günəbaxan yağının qiyməti 15 qəpik, qarğıdalı yağının kiloqramının qiyməti isə 25 qəpik aşağı düşümüşdür”,- Holdinqin İctimaiyyətlə əlaqələr və Sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov “Marja”ya bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
15 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























