Azərbaycandan Gürcüstana pul köçürmələri 35% artıb
Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 6,2 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib ki, bu da illik ifadədə 34,7% çoxdur.
Bu barədə Gürcüstan Milli Bankının hesabatında məlumat verilib.
Qeyd olunub ki, ötən ilin ilk üç ayında Azərbaycandan Gürcüstana pul köçürmələri 4,6 milyon dollar olub.
Hesabat dövründə Gürcüstandan Azərbaycana köçürmələr isə 3,6 milyon dollar təşkil edib ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 44% çoxdur. Belə ki, ötən ilin yanvar-mart ayları ərzində Gürcüstandan Azərbaycana 2,5 milyon dollar dəyərində pul köçürülüb.
Təkcə cari ilin mart ayında isə Azərbaycandan Gürcüstana 2,38 milyon dollar məbləğində pulköçürmə həyata keçirilib. Bu, ötə ilin eyni ayı ilə müqayisədə 45,4% çoxdur və hesabat dövründə Gürcüstana edilən ümumi pul köçürmələrinin 1,89%-nə bərabərdir.
Mart ayında Gürcüstandan Azərbaycana pulköçürmələr 1,1 milyon dollar təşkil edib.
Cari ilin mart ayında Gürcüstana edilən pul köçürmələrinin ümumi həcmi 125,9 milyon dollar təşkil edib ki, bu da illik ifadədə 9% və ya 12,5 milyon dollar azdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























