Karate ulduzumuz Volkswagenin rəsmi siması oldu
Volkswagenin Azərbaycanda rəsmi siması “5 qat Dünya Çempionu”muz Rafael Ağayev oldu.
Dünya Karate Arenasının ən tanınmış simalarından biri, yeganə 5 qat dünya çempionu, dəfələrlə Avropa və digər yarışların birincisi - həmyerlimiz Rafael Ağayev bu ildən avtomobil dünyasının nəhəngi olan Volkswagen AG-nin Azərbaycanda ulduz səfiri (brand ambassador) olmuşdur.Bu barədə "Marja"ya Volkswagen AG-nin Azərbaycanda yeganə eksklyuziv idxalçısı "Euro Style Ltd" şirkətindən bildirilib.
Rəsmi sima olaraq, o, brendin dünya üzrə və ölkəmizdə keçirilən sınaq yürüşlərində, avtomobil yarışlarında, təqdimat və digər tədbirlərində Volkswagen Azərbaycan adından iştirak edəcək.
Yerli idxalçı “Euro Style LTD” MMC-nin Marketinq Bölməsinin rəhbəri Fərid Abdullayev bu xəbəri belə şərh etdi.
“Çox şadıq ki, Volkswagenin Azərbaycanda da rəsmi simasi təsdiqləndi. O, məhz fəxrimiz Rafael Ağayev seçildi. Bunun əsas səbəbi, xitab etdiyimiz dəyərlərin və Rafaelin tərzinin brendlə həmahəng olmasıdır. Əminik ki, hər iki tərəf üçün doğru seçimdir və ali məqsədimiz qarşılıqlı uğurların əldə olunmasıdır.
Hər kəs kimi Rafaeldən yeni uğurlar, qələbələr gözləyirik. May ayında keçiriləcək İslam oyunlarında ona yalnız birincilik arzu edirik və 2020 – ci ildə Tokyoda keçiriləcək Yay Olimpiya oyunlarından vətənə karate üzrə ilk olimpiya qızılı ilə qayıtmasını diləyirik.
Artıq Rafael ilə ilk video çarxımızı çəkmişik. Bunu tezliklə sosial mediada, televiziya kanallarında, kinoteatrlarda və daha böyük portallarda görə biləcəksiniz. Bu video çarx öyrəşdiyimiz standart reklamlar sırasından biri yox, fərqli təqdimatda və Rafaelin bir növ uğur tərzini təsvir edən müvəffəqiyyətli işimiz oldu.”
Karate ulduzumuz da öz növbəsində bu əməkdaşlıqdan məmnunluğunu bildirib. Onun sözlərinə görə alman brendləri ilə ilk əməkdaşlığı deyil, hal-hazırda məşhur Adidas firmasının da karatedə dünya üzrə rəsmi simasıdır. “Volkswagen qrupuna aid olan bir neçə avtomobilin sahibi olmuşam və hal-hazırda yeni Passat sürürəm. Avtomobil gözlədiyimdən də üstündür... Tam səmimi deyirəm, əsl alman avtomobili xarakterini mənə yaşadır və xarakterlərimizin bir çox mənada üst-üstə düşdüyünə görə məhz bu markanın ulduz səfiri olmağıma razılıq verdim.”
"Euro Style Ltd" şirkəti Volkswagen AG-nin Azərbaycanda yeganə eksklyuziv idxalçısıdır. Fəaliyyət sahəsi Volkswagen markalı bütün sərnişin ve kommersiya avtomobillərinin satışı və servis xidmətindən ibarətdir.
Əlaqə telefonları:
Avtomobil satışı: *7788; (+99412) 555 77 88; (+99455) 555 77 88;
Satışdan sonra xidmət (servis): *5588; (+99412) 514 58 58
Ünvan: Babək pr., 35A
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
-
9 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
10 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
-
11 saat əvvəl
Tarixin ən böyük birja çöküşü qapıdadır: “Hazırlıqlı olan daha da varlanacaq”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Ən çox oxunanlar
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib




















