Verilmiş maliyyə dəstəyi şərtlərə əməl etməyən şirkətdən geri alınacaq
İqtisadiyyat Nazirliyi işçi sayının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edibİqtisadiyyat Nazirliyi koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi sayının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Elşən Rəhimli bildirib ki, pandemiyanın yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir. Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi sayının azaldılmaması, habelə dövlət tərəfindən verilmiş maliyyə dəstəyinin işçilərin əmək haqlarına və sosial sığorta ödəmələrinə yönəldilməsi ciddi nəzarətdə saxlanılır. Maliyyə dəstəyinin göstərildiyi vergi ödəyicilərində bu şərtlərə əməl edilməməsi hallarına yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək, verilmiş dövlət maliyyə dəstəyinin geri alınması təmin ediləcəkdir.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, aprelin 16-na muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 15.511 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 31.180 fərdi (mikro) sahibkar, cəmi 46.691 vergi ödəyicisi müraciət edib.
Muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 15.511 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 169.069 nəfərdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 134.472 işçini əhatə edən 13.075 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.
İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,2 mln. manat təşkil edir.
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 11.567 vergi ödəyicisinə 123.343 nəfər muzdlu işçinin əmək haqqı üzrə 28,17 mln. manat vəsaitin köçürülməsi təmin edilib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 31.180 vergi ödəyicisindən müraciət daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 29.946 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 23,2 mln. manat təşkil edir. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 18,65 mln. manat vəsaitin 22.949 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin olunub.
Muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üzrə hesabat | |
Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği | 215,0 milyon manat |
Müraciət etmiş vergi ödəyicilərinin sayı Vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı | 13.075 vergi ödəyicisi 134.472 nəfər |
Maliyyə dəstəyinin məbləği o cümlədən, 1-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin məbləği (50%) | 61.160,4 min manat 30.580,2 min manat |
Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı | 11.567 vergi ödəyicisi |
Həmin vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı | 123.343 nəfər |
Ödənilmiş vəsaitin məbləği | 28.179,0 min manat |
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
17 saat əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 17 saat əvvəl
-
17 saat əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
17 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)










