3 ayda Azərbaycanda 21 xarici müəssisə ləğv edilib
2020-ci ilin yanvar-mart ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 1,9 faiz artaraq 2020-ci il aprelin 1-i vəziyyətinə 149 min 51 olmuşdur.
Marja Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, yanvar-mart ayları ərzində 2952 statistik vahid (kommersiya təşkilatı) yaradılıb, 134 vahid isə ləğv edilib.
İlk 3 ayda 751 xaricimüəssisə(100% xarici investisiyalı) yaradılıb, 21-i isə ləğv edilib.
Artım iqtisadiyyatın “Turistlərin yerləşdirilməsi və ictimai iaşə”, “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, “Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi”, “Nəqliyyat və anbar təsərrüfatı”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “İnformasiya və rabitə” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrində nəzərəçarpacaq dərəcədə olmuşdur.
2020-ci ilin yanvar-mart ayları ərzində yeni yaradılmış statistik vahidlərin 97,4 faizi xüsusi mülkiyyətli (o cümlədən 25,4 faizi tam xarici investisiyalı, 2,2 faizi birgə mülkiyyətli), 2,6 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşür.
Qeydiyyatda olan statistik vahidlərin 59,2 faizi Bakı şəhərində yerləşmişdir.
Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 83,2 faizi Bakı şəhərində, 5,3 faizi Abşeron, 3,7 faizi Aran, 2,6 faizi Gəncə-Qazax, 1,6 faizi Lənkəran, 1,1 faizi Şəki-Zaqatala və qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınmışlar.
Bu dövrdə Bakı şəhəri üzrə 105, Abşeron iqtisadi rayonu üzrə 10, Aran iqtisadi rayonu üzrə 6, Naxçıvan Muxtar Respublikası və Gəncə-Qazax iqtisadi rayonu üzrə (hər birində) 5, Şəki-Zaqatala, Quba-Xaçmaz və Kəlbəcər-Laçın iqtisadi rayonlarının hər biri üzrə 1 statistik vahid ləğv edilmişdir.
93%-Ə YAXINI MİKRO MÜƏSSİSƏLƏRDİR
2020-ci il aprelin 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının (149 min 51) 92,7 faizini (122 min 430) mikro müəssisələr təşkil etmiş və onların əsas hissəsi ticarət (32,0%), digər sahələrdə xidmətlərin göstərilməsi (16,4%), tikinti (10,2%) və kənd təsərrüfatı (8,2%) sahələrində yaradılmışdır.
2020-ci il aprelin 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 4,9 faizini kiçik müəssisələr təşkil etmiş və onların əsas hissəsi ticarət (27,4%), tikinti (12,5%), emal sənayesi (10,1%) və peşə, elmi və texniki fəaliyyət (6,9%) sahələrində yaradılmışdır.
2020-ci il aprelin 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 1,9 faizini orta müəssisələr təşkil etmiş və onların əsas hissəsi ticarət (23,4%), tikinti (17,4%), emal sənayesi (10,9%) və nəqliyyat və anbar təsərrüfatı (6,1%) sahələrində yaradılmışdır.
2020-ci il aprelin 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,5 faizini iri müəssisələr təşkil etmiş və onların əsas hissəsi ticarət (17,0%), emal sənayesi (15,6%), tikinti (13,3%) və nəqliyyat və anbar təsərrüfatı (7,6%) sahələrində yaradılmışdır.
2020-ci il aprelin 1-i vəziyyətinə ölkədə mövcud olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin (fərdi sahibkarlar istisna olmaqla) sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq işçilərin orta siyahı sayı və illik gəliri meyarı əsasında müəyyən edilmişdir.
2020-ci ilin aprelin 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 927,8 mini keçmişdir.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
17 saat əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 17 saat əvvəl
-
17 saat əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
17 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb











.jpg)










