Rabitəbank-ın əməliyyat mənfəəti 30% artıb

2020-ci ilin birinci rübünün göstəricilərinə əsasən, Rabitəbank 1,1 milyon manat mənfəət əldə etmişdir.
Rabitəbank-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Bankın kredit portfeyli keçən ilin analoji dövrü ilə müqaisədə 9.6% yəni 54 milyon manat artaraq 388 milyon manat təşkil etmişdir. Rübün sonuna bankın aktivləri 709 milyon manat təşkil etmiş, balans kapitalı isə keçən ilin analoji dövrü ilə müqaisədə 4% yəni 3.8 milyon manat artaraq 97 milyon manata çatmışdır. Bankın əməliyyat mənfəəti sözükeçən dövr ərzində 2019-cu ilin analoji dövrü ilə müqaisədə 30%-ə qədər artaraq 4,25 milyon manat təşkil etmişdir.
Bankın faiz gəlirləri sözükeçən dövr ərzində 14% yəni 1.4 milyon manat artaraq 11.3 milyon manata çatmışdır. Bankın bu dövr ərzində qeyri-faiz gəlirləri 54% yəni 1.4 milyon manat artıraraq 4 milyon manata çatmışdır.
Bankın verilən istehlak kreditlərin həcmi də 2019-cu ilin analoji dövrü ilə müqaisədə 17 milyon manat artaraq 47 milyon manata çatmışdır. Bank 2020-ci ilin ilk rübü ərzində 24 milyon manat məbləğində biznes krediti verərək, ümumi biznes kredit portfelini 242 milyon manata çatdırmışdır. Fərdi sahibkarlar o cümlədən fikizi və hüquqi şəxslərə maliyyə xidmətlərinin əlçatanlığını artırmaq üçün Rabitəbank Dünya Bankı, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) və Kredit Zəmanət Fondunun xətti ilə aktiv şəkildə biznes kreditlərinin verilməsini davam etdirir.
Rabitəbankda sürətli pul köçürmələri dövriyyəsi analoji dövr ərzində 10% yəni 4 milyon manat artaraq 43 milyon manata çatmışdır. Sürətli pul köçürmə sayı isə 4.5% yəni 3 min ədəd artaraq 68 min köçürməyə çatmışdır.
Bankın aktiv kart sayı 2019-cu ilin analoji dövrü ilə müqaisədə 40% yəni 25 min ədəd artaraq 87.000 ədədə çatmışdır. 2019-cu ilin Dekabr ayında tam yenilənmiş Kartmane kartlarını təqdim edən Rabitəbank bu kartlarla müştərilərə bir sıra xüsusi imtiyazlar və ölkənin bank bazarında ilk dəfə olaraq bir ədəd kart vasitəsilə 3 növ “cashback” imkanını təqdim edir. Belə ki, daha əvvəl təqdim edilən dünyanın istənilən ölkəsində YDM xərcləmələrinə 10% və restoran xərcləmələrinə 5% “cashback” təklifi ilə yanaşı, bank “bütün ödənişlərə 2%” və “supermarketlərə 5%” cashback tiplərini təqdim etmişdir. Dekabr 2019 – Mart 2020 tarixləri ərzində Kartmane kartı sahiblərinə 50.000 AZN-dan çox cashback qazandırmışdır. Müştərilərə təklif etdiyi üstünlüklərə görə Kartmane kartı 2020-ci ilin Fevral ayında “Azeri Business Awards” tərəfindən “Ilin Innovativ Bank məhsulu” nominasiyası üzrə qalib olmuşdur.
Müştərilərə təklif etdiyi rəqəmsal bank xidmətlərinin sayını durmadan artıran Rabitəbank-ın 2019-cu ildə istifadə verdiyi mobil tətbiqi də sürətlə böyüməyə davam edir. Hal-hazırda 25.000-dən çox aktiv istifadəçisi olan Rabitabank Mobil tətbiqi vasitəsilə müştərilər banka gəlmədən maliyyə xidmətlərindən faydalanırlar. Rabitəbank rahat bankçılıq şüarına sadiq qalaraq mobil tətqib vasitəsilə müştərilə verdiyi xidmətlərin çeşidliyinin, sürətinin və istifadə rahatlığının artırılması istiqamətində əməli addımlar atır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Holding”in təşkilatçılığı ilə "INMerge" İnvestisiya Forumu keçirilib
-
1 gün əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
1 gün əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
1 gün əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
1 gün əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Bank”ın dəstəyilə “Koroğlu” operası yenidən səhnədə

OPEC+ neft hasilatını daha daartırmağa hazırlaşır

Rəsmi məzənnələr açıqlandı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
Ən çox oxunanlar

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
