Dövlət bankının maliyyə vəziyyəti məlum oldu
“Azər-Türk Bank” ASC 2020-ci ilin 1-ci rübünü 376 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2019-cu ilin 1-ci rübü ilə müqayisədə cüzi azdır. Bank 2019-cu ilin ilk rübünü 391 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-mart dövründə Azər-Türk Bank-ın cəmi əməliyyat gəlirləri 7 milyon 632 min manat, cəmi əməliyyat xərcləri isə 7 milyon 419 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 213 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlardan azad olmuş 163 min manat mənfəətə əlavə edilib və Bank ilk rübü 376 manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-mart dövründə Azər-Türk Bank-ın cəmi əməliyyat gəlirləri 7 milyon 867 min manat, cəmi əməliyyat xərcləri 7 milyon 361 min manat, cəmi əməliyyat mənfəəti 506 min manat təşkil etmişdi. Mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara 115 min manat ayrıldığı üçün Bankın mənfəəti 391 min manata düşmüşdü.
2019-cu ilin 1-ci rübündə faiz gəlirləri 5 milyon 445 min manat, qeyri – faiz gəlirləri isə 2 milyon 422 min manat ikən, 2020-ci ilin 1-ci rübündə faiz gəlirləri 5 milyon 180 min manat və qeyri – faiz gəlirləri 2 milyon 452 min manat təşkil edib.
31 Mart 2020-ci il tarixində Azər-Türk Bank 338 milyon 203 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 169 milyon 822 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 2019-cu ilin sonunda Azər-Türk Bankın cəmi aktivləri 347 milyon 718 min manata, o cümlədən müştərilərə verilən kreditlər 186 milyon 513 min manata çatmışdı.
DEPOZİTLƏR ARTIB
Ötən ilin sonu ilə müqayisədə Azər-Türk Banda depozitlər 8 milyon 775 min manat və ya 4,7% artaraq 189 milyon 59 min manata yüksəlib. Hüquqi şəxslərin depozitləri 108 milyon 148 min manatdan 118 milyon 742 min manata qalxıb.
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2020-ci il tarixində Azər-Türk Bank 50 milyon 534 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 50 milyon 324 min manat məcmu kapitala malik idi.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
2 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 2 saat əvvəl
-
3 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
3 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
4 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
















.jpg)







