Qlobal qida qiymətləri Aprel ayında düşüb - ƏN ÇOX ŞƏKƏR UCUZLAŞIB
Covid-19 epidemiyasının iqtisadi təsirləri ilə bir çox məhsula tələbin azalması, qlobal qida qiymətlərinin Aprel ayında düşməsinə səbəb olub.
Marja xəbər verir ki, geniş şəkildə ticarət olunan qida məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişiklikləri izləyən FAO Qlobal Qida Qiyməti İndeksi 2020-ci ilin Aprel ayında 165.5 bənd səviyyəsində olub. Bu, Mart ayı ilə müqayisədə 3.4% aşağıdır. İlin əvvəlindən bu yana isə 10% düşüb.
FAO Şəkər Qiyməti İndeksi, son 13 ilin ən aşağı səviyyəsini görüb. İndeks Mart ayı ilə müqayisədə 14.6% geriləyib. Beynəlxalq xam neft qiymətlərinin geriləməsi, şəkər qamışından etanol istehsalı üçün olan tələbi azaldıb, məhsul şəkər istehsalına göndərilib. Beləliklə, şəkər ixracı daha da artıb. Eyni zamanda, bəzi ölkələrdəki məhdudlaşdırma tədbirləri şəkərə tələbi azaldıb.
FAO Bitki mənşəli Yağ Qiyməti İndeksi, palma, soya qiymətlərinin düşməsilə Aprel ayında 5.2% geriləyib. Qida sektorundakı tələbin azalması ilə bərabər, Malayziyadakı palma yağı istehsalındakı gözlənilən artım və ABŞ-da soyada gözləniləndən daha yüksək istehsal qiymətlərin düşməsinə səbəb olub. Bio-yanacaq tələbindəki azalma da bu geriləmədə rol oynayıb.
FAO Süd Məhsulları Qiyməti İndeksi isə 3.6% düşüb. Kərə yağı və süd tozu qiymətləri, artan ixracat imkanları, anbar doluluğu, zəif idxal tələbi və şimal yarımkürədə restoran satışlarının azalması səbəblərilə geriləyib.
FAO Ət Qiyməti İndeksi 2.7% geriləyib. Çində tələbin artması, başqa yerlərdəki tələbin azalmasını örtməyə kifayət etməyib. Evdə qalma tədbirləri səbəbilə ətə də tələb azalıb.
Beynəlxalq buğda və düyü qiymətləri isə yüksəlib, qarğıdalı qiymətləri kəskin şəkildə düşdüyü üçün FAO Taxıl Qiyməti İndeksi çox az geriləyib.
Restoranların bağlanması, insanların gəlirinin azalması aşağı istehlaka səbəb olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















